Küçə işıqlarının diabetli insanlara BİLMƏDİYİMİZ TƏSİRLƏRİ

Alimlər diabet və küçə işıqlandırması arasında gözlənilməz əlaqə tapıblar.
Avtosfer.az xəbər verir ki, güclü küçə işıqlandırması sirkadiyalı ritm sistemini pozur və diabet üçün risk faktoru ola bilər.
Alimlərin tədqiqatlarında 98 mindən çox ortayaşlı insan iştirak edib və 162 tədqiqat mərkəzində izlənilib. Küçə işıqlandırmasının intensivliyi peyk görüntülərindən təxmin edilib.
Alimlər müəyyən ediblər ki, gecə vaxtı küçə işıqlandırmasına yüksək səviyyədə məruz qalma qlikatlaşdırılmış hemoglobinin yüksək səviyyəsi və diabetin yayılması ilə əlaqələndirilir. Bu təsirin sirkadiyalı ritmlərin pozulması ilə bağlı olduğu deyilir. Alimlər bu amili müəyyən etməklə gələcəkdə böyük şəhərlərin sakinlərində xəstəliyin inkişaf riskini azaltmağa ümid edirlər.
Qeyd edək ki, təhlil zamanı tədqiqatçılar yaş, cins, təhsil, gəlir, fiziki fəaliyyət, ailənin şəkərli diabet tarixi, iştirakçıların, siqaret çəkmə vəziyyəti və spirt istehlakını nəzərə alıb. (lent.az)
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar











