Küçədə 5 min dollara od vurdular - Müğənnilər

Türkiyənin Aydın əyalətinin Nazilli rayonunda toylarda şabaş olaraq səpilən saxta dollarlara etiraz olaraq bir qrup musiqiçi küçənin ortasında 5 min dollara od vurub.
Avtosfer.az ans press-ə istinadən məlumatına görə, Türkiyədə bir çox musiqiçilərin qorxulu yuxusuna çevrilən saxta dollarlar Aydın toy musiqiçlərini özündən çıxarıb.
Bir yerə toplaşan 30-a yaxın musiqiçi etiraz əlaməti olaraq özləri ilə gətirdikləri 5 min saxta dolları yandırıb. Dövlət məmurlarına çağırış edən sənətçilər bu cür saxta valyutaların çap edilməsinin qarşısının alınmasını tələb edib.
Bu cür halların insan əməyinə hörmətsizlik olduğunu söyləyən etirazçılar toylarda saxta dollar ataraq özlərini varlı göstərməyə çalışan insanların bu əməllərinin onlara pis təsir etdiyini bildirib.
"Biz heç kimdən zorla pul istəmirik, lakin atılan bu saxta pullar bizə qarşı bir təhqirdir. Biz musiqiçilər çox duyğusal insanlarıq. Əlinə mikrofon alıb oxumaq özü bir məharətdir. Lakin bundan sonra pozulan əhval-ruhiyyə toyun sağlam və gözəl davam etməsinə mənfi təsir edir. Unutmayın ki, bizlər də ailə saxlayırıq. Bütün gəlirlərimiz aşağı düşüb. Əsl insanların saxtalığına yox deyirik" - deyə musiqiçilər bildirib.
"Hansı insan nəzir qutusuna saxta pul atır? Belə bir şey ola bilməz. Amma toy mərasimində özlərini göstərmək naminə gedib saxta pul tapıb atırlar"- deyə musiqiçi Nihat Ülkər bildirib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












