Küçələrdə və meşələrdə atılmış maşınlar - Fələkətdən sonrakı FOTOLAR

Ötən il polşalı fotoqraf Arkadiuş Podnesinski Yaponiyanın nüvə fəlakəti baş verən Fukuşima şəhərinə yola düşüb. Məqsədi isə baş verən faciənin nəticələrini öz gözləri ilə görüb, çəkdiyi görüntülərlə insanlara çatdırmaq olub. Avtosfer.az xəbər verir ki, ona təcrid olunmuş ərazinin 20 km-nə yaxın getməyə icazə verilib.
Gördüklərindən təsirlənən fotoqraf “Fukuşimada baş verən bu fəlakətə hər hansı bir zəlzələ, sunami yox, insan səbəb olub”, deyə qeyd edib.
Onun dediklərinə görə, insanlar bu fotolara baxaraq təbliğatçıların, ABŞ-ın təsiri altında nüvə lobbiçilərinin, nüvə fəlakətinin təsirini azaltmağa çalışan şəxslərin düşündüklərindən azad olub özləri nəticə çıxarmalıdırlar.
Onu da qeyd edək ki, fotoqraf nüvə fəlakətindən sonra sağ qalan heyvanların acından ölməməsi üçün onlara baş çəkən yapon vətəndaşını da tapıb.
Avtosfer.az əlavə olaraq bildirir ki, fotolarda gördüyünüz avtomobillərin bəziləri sonradan müxtəlif ölkələrə satılır. Bu ölkələr sırasında Azərbaycan da var. Çünki Azərbaycan Yaponiyadan yeni və işlənmiş maşınlar idxal edən ölkələrdən biridir. Odur ki, yaponyadan gətirilən işlənmiş maşınlar alarkən diqqətli olun. Radiasiya təhlükəsi yarana bilər…
Fidan
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO































