Kuryer tək təkərli skuterlə təhlükəli anlar yaşatdı - VİDEO

Rusiyanın Sank-Peterburq şəhərində kuryer kimi çalışan gənc sifarişi daha tez ünvana çatdırmaq üçün yeni bir üsula əl atıb.
Avtosfer.az xəbər verir ki, kuryer tək təkərli skuterlə yolun ortasında heç bir təhlükəsizlik qaydalarına əməl etmədən sifarişi müştəriyə aparmağa çalışıb. Görüntüləri lentə alan avtomobil sürücüsünün sürət göstəricisindən bəlli olur ki, kuryer 50 km/saat-dan daha sürətli hərəkət edir. Başına qoruyucu dəbilqə belə taxmayan və avtomobilləri tez-tez ötüb keçməyə çalışan kuryer görünür ki, ölümə tələsir.
Qeyd edək ki, ölkəmizdə də bu cür hallara rast gəlmək mümkündür. Velosiped, skuter və s. kimi vasitələrdən istifadə edilməsi həm ekoloji cəhətdən sağlam, həm də tıxacların qarşısının alınması üçün yaxşı bir çıxış yoludur. Amma bu kimi vasitələrdən istifadə edərkən çox zaman təhlükəsizlik qaydalarına əməl edilmir, yolda sürücülərə təhlükə şəraiti yaradılır.
Bu kimi vasitələrdən istifadə edərkən dəbilqə taxılmalı, yolun sağ hissəsi ilə hərəkət edilməli, avtomobillərlə ara məsafəsi saxlanılmalı, sürət həddinə diqqət yetirilməlidir.
Aysel
Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO








