Marsda helikopter uçuşunun görüntüləri lentə alındı - VİDEO

“Perseverance” roveri 54-cü dəfə Marsın - qırmızı planetin səmasına qalxan “İngenuity” helikopterinin yeni uçuş videosunu Yerə ötürüb.
Perseverance “Mastcam-Z” kamerası ilə helikopterin uçuşunu lentə ala bilib. Əldə edilən video uçuşun heyrətamiz detallarını qeydə alır, “İngenuity”nin yüksəldiyini, havada qaldığını və fırlandığını, daha sonra yenidən Ezero kraterinin dibinə endiyini əks etdirir.
Uçuş zamanı çəkilişlər təkcə “Perseverance” tərəfindən həyata keçirilməyib. “İngenuity” helikopteri də həmçinin öz “dost”u olan roverin fotolarını da çəkə bilib.
Qeyd edək ki, “Perseverance” və “İngenuity” 2021-ci ilin fevralında Ezero kraterinə eniş ediblər. Rover Marsın keçmişində mümkün həyat izlərini axtarır, həmçinin daha sonra Yerə çatdırılacaq nümunələri toplayır. Kiçik helikopter ona bu işdə kömək edir.
Ancaq bu, “İngenuity”nin ilkin məqsədi deyil. Helikopterin buraxılışında əsas məqsəd Marsın nadir atmosferində uçmağın mümkünlüyünü nümayiş etdirmək olub. Cihaz beş uçuş həyata keçirərək bu tapşırığın öhdəsindən gəlməyi bacarıb və indi daha geniş missiyaya keçib. (oxu.az)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








