Maşın qiymətinə smartfon

Britaniyanın “Sirin Labs” şirkəti “Android” platforması ilə işləyən 9500 funt-sterlinq məbləğində təhlükəsiz “Solarin” smartfonunu təqdim edib. Şirkət 30 iyun 2016-cı il tarixindən cihazın satışına başlamağı planlaşdırır. Avtosfer.az ıctnews.az-a istinadən xəbər verir ki, smartfon 2560x1440 piksel təsvir ölçülü displey, “Qualcomm Snapdragon 810” prosessoru, 4 QB əməli yaddaş,128 QB daxili daşıyıcı, 24 meqapiksellik optik sabitləşməyə malik əsas kamera, 8 meqapiksellik ön kamera və 4040 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. “LTE” texnologiyasını dəstəkləyir.
Maşın qiymətinə smartfon
“Solarin” aparatını kiberhücumlardan müdafiə etmək üçün onu “Zimperium” proqram təminatı ilə təchiz ediblər. Bundan başqa, “Zimperium” proqramı qurğunu zərərli proqram təminatının mövcudluğu baxımından skan edir. Yoxlama mexanizmi siqnaturlara əsaslanmır, buna görə də polimorf viruslar və digər təhlükələrə qarşı dayanıqlıdır.
“Protonmail”
Smartfona öncədən qurulmuş “Protonmail” poçt proqramı poçt məlumatlarının şifrlənmiş mübadiləsini təmin edir. Şirkət məlumatların şifrlənməsi üçün “AES”, “RSA” və “Openpgp” kimi açıq texnologiyalardan istifadə edir.
“Protonmail” poçt proqramında iki parol nəzərdə tutulub. Birinci parol istənilən digər poçtda olduğu kimi autentifikasiya, ikinci parol isə elektron poçt qutusunun tərkibini deşifr etmək üçün nəzərdə tutulub. Veb interfeys üzərindən autentifikasiyadan keçdikdə hər dəfə, mobil proqramda autentifikasiyadan keçdikdə isə bir dəfə ikinci parolun daxil edilməsi tələb olunur.
İstifadəçi poçt proqramının parolunu yaddan çıxartdıqda elektron poçt qutusunun tərkibi silinir və ona yeni parol göndərilir.
İstifadəçi məktub göndərən zaman onun silinmə vaxtını müəyyənləşdirə bilər. Təyin edilmiş müddət bitdikdən sonra məktub silinir.
“KoolSpan” – aparat səviyyəsində müdafiə
Bundan başqa, “Solarin” aparatı səsli çağırış və mesajların “End-to-End Encryption” texnologiyası ilə şifrlənməsi üçün “KoolSpan” şifrləmə çipi ilə təchiz edilib.
“KoolSpan” texnologiyası ilə müdafiə sistemi qurğunun arxa tərəfindəki əsas kameranın obyektivi üzərində yerləşən ayrıca sürüngəcin köməyi ilə işə salınır.
Xatırladaq ki, “Sirin Labs” şirkəti 2013-cü ildə təsis edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












