Maşın ustası kapotda gördüyü gözəl mənzərədən dəhşətə gəldi – VİDEO

Azərbaycanda avtomobil ustasının başına maraqlı və bir o qədər də qəribə hadisə gəlib
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bir çox izləyicinin diqqətini çəkib. Kadrlarda avtomobil ustası bir nəqliyyat vasitəsini rəngləməzdən əvvəl cilalama prosesi apararkən avtomobilin ön baqaj hissəsində məscidə bənzər bir şəkil aşkar edib.
Ustanın sözlərinə görə, o, avtomobilin səthini təmizlədiyi zaman bu təsviri təsadüfən görüb. Daha sonra həmin hissənin üzərinə boya çəkilərək tamamilə örtülüb. Usta bildirib ki, bu cür təsvirlərin avtomobil üzərində olması ölkədə qadağan olunduğu üçün avtomobil yenidən rənglənib.
Maraqlıdır ki, usta həmin şəkilin çox peşəkar və yüksək keyfiyyətlə çəkildiyini, adi bir iş olmadığını da qeyd edib. Onun sözlərinə görə, bu hadisə göstərir ki, avtomobil alarkən təkcə texniki vəziyyətinə deyil, həm də onun daha əvvəl neçə dəfə rənglənməsinə və hansı səbəbdən bu işin görüldüyünə diqqət etmək lazımdır.
Ehtimal olunur ki, avtomobilin indiki sahibi bu təsvirin mövcudluğundan tamamilə xəbərsiz olub. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi bu cür halların avtomobil alqı-satqısı zamanı daha diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb.
Eltac Zülfqaroğlu
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları











