Maşındakı bu sistem telefonunuzun kamerasında nasazlıq yarada bilər – ARAŞDIRMA - VİDEO

Müasir texnologiyalarla təchiz edilmiş avtomobillər bəzən gözlənilməz və bahalı problemlərə səbəb ola bilər. Bu yaxınlarda sosial mediada yayılan və qısa müddətdə viral olan bir hadisə də bunun bariz nümunəsidir.
Avtosfer.az xəbər verir ki, "Volvo"nun tam elektrikli və qabaqcıl texnologiyalarla təchiz olunmuş EX90 modelində istifadə edilən “LIDAR” sensoru, bir şəxsin “IPhone” kamerasının sıradan çıxmasına səbəb olub. Belə ki, avtomobilin üzərindəki “LIDAR “sistemini göstərmək məqsədilə telefonu açıq kamera rejimində həmin hissəyə tuşlayan şəxs, saniyələr sonra telefon kamerasının sensorunun işləmədiyini müşahidə edib. Hadisə zamanı kameranın sensor hissəsi tam yanaraq yararsız hala düşüb.
Məsələ qısa müddət ərzində sosial şəbəkələrdə geniş müzakirə olunub və istifadəçilər arasında ciddi maraq doğurub. Müzakirələrin ardından “Volvo” şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada bildirilib ki, EX90 modelində istifadə olunan “LIDAR” sistemi, güclü lazer şüaları yayır və bu şüalar, xüsusilə kamera sensorları üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən avtomobilin istifadəçi kitabçasında da xüsusi qeyd yer alıb:
”LIDAR” sisteminin qarşısında kamera və ya digər optik sensorları işə salmaq, avadanlığınızın zədələnməsinə səbəb ola bilər. Bu, lazer şüalarının yüksək enerjili təsiri ilə bağlıdır və xüsusilə peşəkar fotoaparat və telefon kameralarında sensorun daimi sıradan çıxmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, “LIDAR” (Light Detection and Ranging) sistemi avtomobilə ətraf mühiti skan etmək, obyektləri aşkarlamaq və avtonom idarəetməni təmin etmək üçün vacib rol oynayır. Ancaq bu texnologiya ilə işləyən lazer şüaları bəzən insan gözünə görünməsə də, yüksək həssaslığa malik kamera sensorlarına ciddi ziyan vura bilər.
Ekspertlər bu tip sensorlara malik avtomobillərlə davranarkən ehtiyatlı olmağı və istehsalçının tövsiyələrinə əməl etməyi tövsiyə edirlər. Əks halda, sadəcə avtomobili yoxlamaq istəyərkən, minlərlə manatlıq telefon və ya kamera zədələnə bilər.
Eltac
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










