Maşınını benzinlə yuyub viski ilə parıldatdı - TƏNQİD OLUNDU - VİDEO

Sosial şəbəkələrdə yayılan qeyri-adi görüntülər qısa müddətdə minlərlə izləyici tərəfindən izlənilib və müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, gündəmə gələn isə türkiyəli vətəndaş Mehmet Nacar adlı avtomobil həvəskarıdır. Onun paylaşdığı videolar təkcə izlənmə sayı ilə deyil, həm də məzmunun fərqli və təhlükəli olması ilə diqqət çəkir.
Nacarın yayımladığı videolardan birində o, şəxsi avtomobilini benzinlə yuyarkən əks olunur. Bu təhlükəli hərəkət sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Kimya mütəxəssisləri isə bildirirlər ki, benzinlə avtomobil yumaq həm sağlamlıq, həm də yanğın təhlükəsi baxımından olduqca risklidir.
Bununla kifayətlənməyən Nacar başqa bir videosunda isə daha da qəribə və israfçı bir addım atır – avtomobilin kapotunu viski ilə parıldadır. Bahalı içki ilə maşın parlatma görüntüləri izləyiciləri həm təəccübləndirib, həm də qəzəbləndirib. İzləyicilərin bəziləri bunu “lüzumsuz nümayiş” və “lazımsız israf” kimi qiymətləndirib.
Məsələ ilə bağlı Nacar sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, məqsədi sadəcə “fərqli olmaq” və insanlara “əyləncəli kontent təqdim etmək” olub. Lakin bu yanaşma bəziləri tərəfindən ciddiyə alınmasa da, bir çox istifadəçi belə davranışların təhlükəli vərdişlərə yol aça biləcəyini vurğulayır.
Eltac Zülfüqaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










