"Mercedes" taksilər tarixə qovuşur - SƏBƏB? - FOTO

Avtosfer Foto 4 Oktyabr 2024 17:04 Oxunub 156
"Mercedes" taksilər tarixə qovuşur - SƏBƏB? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Almaniyada Mercedes markalı taksi avtomobilləri həyatın bir parçasıdır. Şəhərlərin hər küçəsində istifadəyə yararlı zirzəmisi və gözəl çardağı olan evlər, yaxud pivə bağı (biergarten) olduğu kimi fil dişi sümüyü rəngində taksilər də peyzajın bir parçasıdır. Lakin bir əsrlik mənzərə artıq dəyişir.

Avtosfer.az xəbər verir ki, vaxtilə Almaniyada taksilərin böyük əksəriyyəti Mercedes idi. İndi bu markanın payı taksi fəaliyyətində 10%-ə enib.
“Handelsblatt” nəşrinin məlumatına görə, artıq ştutqartlı istehsalçı C və E sinif avtomobillərin taksi versiyasını hazırlamır. Ötən il keçmiş müştərilərə endirimlər ləğv edilib. İndi yalnız kiçik müəssisələr Mercedes avtomobillərini taksiyə çevirməklə məşğuldur.
2022-ci ildə konsernin rəhbəri seçilən Ola Kallenius strategiyanı dəyişib. Artıq şirkət çox məhsul satmaq yox, hər satılan maşından daha çox mənfəət götürməyi qarşıya məqsəq qoyub.

Təbii ki, müqəddəs yer boş qalmır. Taksi sektorunda liderliyi Volkswagen ələ alıb. İkinci yerdə isə Toyota gəlir. Ən çox  tələb olunan modellər hibrid Corolla və RAV4-dür.
İstismardan çıxarılan taksilərin taleyi də qaranlıq deyil. Onlar kütləvi şəkildə Afrika ölkələrinə ixrac edilir və burada ikinci həyatını yaşayır. Qara qitədə daha bir neçə yüz min kilometr qət edən maşınlar ömrünü (ölkədən asılı olaraq) metal qəbulu məntəqələrində, ya da qəzaya düşərək təbiətin bir guşəsində başa vurur. 

Mərakeş hökuməti köhnə maşınların axınını dayandırmaq və yerli istehsalı təşviq etmək üçün Dacia Lodgy avtomobillərini (Renault Logan) taksi şirkətlərinə aşağı qiymətlə təklif edir. Bazar qiyməti 35 min manat olan modelin qiymətinin təxminən yarısı subsidiyalaşdırılır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh