Məşhur aparıcı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olundu – YENİLƏNİB + VİDEO

“Aparıcı İlkin Həsəninin müraciəti artıq qeydə alınıb”.
Bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.
“İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onun müraciəti yerindəcə dinləniləcək və araşdırma aparılacaq. Araşdırmanın nəticəsi barədə daha ətraflı məlumat veriləcək”.
18:54
Tanınmış aparıcı İlkin Həsəni Daxili İşlər Nazirliyinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabından etdiyi müraciətdə ailə üzvlərindən birinin təhqirlərə məruz qaldığını bildirib:
"May ayının sonunda ailə üzvlərimdən birinin başına şəhərin mərkəzində xoşagəlməz hadisə gəlib. Bir xanım durduq yerdə təhqirlər edib, alçaldıcı hərəkətlərə yol verib. Məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət edib, şikayətimizi bildirmişik. Çox təəssüf ki, 50 gün keçməsinə baxmayaraq, o xanım hələ də nə tapılıb, nə də bu haqda bizə bir məlumat verilib. Yaxın günlərdə yenidən 102 xidmətinə bu barədə müraciət etdim. Məsələnin həllinin tapılacağına söz verilsə də, hələ də heç nə yoxdur. Ona görə də, məcbur qalıb bu şəkildə müraciət edirəm.
Hörmətli Daxili İşlər Nazirliyi və əməkdaşları! Sizə güvənərək bu videonu çəkirəm. Ümid edirəm ki, məsələ həllin tapacaq. Xanımın nömrəsi də, iş yeri də, yaşadığı yer də, avtomobil və mobil nömrəsi də bəllidir. Sadəcə olaraq etik normalara görə onun kimliyi barədə burada məlumat vermirəm, amma görsəm ki, heç bir nəticə yoxdur, kimliyini açıqlayacağam. Ümid edirəm ki, bu videodan sonra məni qoruyan polisim hərəkətə keçəcək və tərbiyəsizlik etmiş o xanım tapılacaq".
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










