Məşhur səyyah öz gəmisində mumiya olaraq tapıldı — FOTOLAR

Filippinli balıqçılar Barobo şəhərinin sahilləri yaxınlığında sahibsiz, okeanda dreyf edən yaxta tapıblar. 12 metrlik SAYO yaxtasına baxış keçiriləndə orada mumiyaya dönmüş cəsəd tapılıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, həmin şəxs Almaniya vətəndaşı, məşhur səyyah, 59 yaşlı Manfred Frits Bayorat idi. Manfredin ölüm səbəbləri hələ bəlli deyil. Ekspertlərin dediklərinə görə, cəsədin mumiyaya çevrilməsinin səbəbi Sakit Okeandakı quru küləklər, yüksək temperatur və duzlu havadır Manfred Frits Bayorat Filippin sahillərində tufana düşəndə rabitə vasitəsilə fəlakət siqnalı vermək istəyib və elə masanın arxasında ürəktutmadan keçinib. Onun cəsədi də radiotelefon qarşısında oturmuş vəziyyətdə aşkarlanıb. Manfred Frits Bayorat təcrübəli səyyah idi. O, SAYO yaxtasında 20 il ərzində 500 min mildən artıq məsafəni qət edib. Onun ötən il keçindiyi bildirilir, çünki Bayorat ötən il Facebook vasitəsilə dostuna mesaj yazmışdı. Polis səyyahın qətlə yetirildiyini düşünmür. Manfred Frits Bayorat arvadı Klaudia ilə səyahətə çıxırdı. Onlar 2008-ci ildə boşanıblar, 2010-cu ildə isə Klaudia xərçəng xəstəliyindən vəfat edib. Həmin ildən sonra Manfred təkbaşına səyahətə çıxırdı.
Almaniyanın soyuq qışını sevməyən mərhum səyyah həmin aylarda okeanda olmağa üstünlük verirdi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO






















