Mətanət Manafın nəvəsinə brilyant qaşlı maşın hədiyyə edib? - VİDEO

Müğənni Mətanət Əsədova "Etiraf" verilişinin qonağı olub.
Avtosfer.az xəbər verir ki, sənətçiyə proqramın aparıcısı "Bir nəfərin nəvəsinin doğum gününə brilyant maşın aparmısınız" sözlərini ünvanlayıb.
M.Əsədova ad çəkmədən həmin şəxsin Manaf Ağayev olduğunu işarə edib:
"Elə məndən inciyən də həmin adamdı. Anlaşılmazlıq olub küsüb, mən isə haqlı səbəbdən ondan küsmüşəm. Mənim könlüm alınmalıdır. Kiminsə könlünü almağa halım yoxdur. Heç kimlə işim yoxdur. Mənə sözü olan nömrəmi bilir. Harada deyirsə, orada görüşək, danışaq. Görək nədir alıb verə bilmədiyimiz. Efirdə danışmaq lazım deyil. Efirdə mənim üçün nəsə deyib, mən də orada cavab verəcəyəm. 40 il dostluq edənlər efirdə dostluq edirdi, dərdini efirdə deyirdi? Niyə orada danışırlar?".
Qeyd edək ki, M.Ağayev M.əsədova ilə küsdüklərini açıqlayıb. "Onun haqqında çox danışmayacağam. Zamanı gələndə hər şey bilinəcək. Ona sual verirsən ki, 3 müğənni, qayıdır başqa müğənni yoxdur? Məndən ötrü ağlaya-ağlaya efirə gələn adam, nə etdi. Mən də onun üçün ölümə, söz-söhbətə getmişəm. Bir efirdə söhbət olmuşdu, onlar hara kimi getdi. Həmin adamı gətizdirib evində Mətanətdən üzr istətdirdim. Amma dəyməzmiş" deyə, Ağayev bildirib.
O əlavə edib ki, küsmələrinə səbəb ad günündə M.Əsədovanın oxumasına imkan verməməsi olub.(axşam.az)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










