Metropolitenin işini yüngülləşdirən qərar – DOST ÖLKƏNİN TƏCRÜBƏSİ - FOTO

Özbəkistanın Təhsil, Elm və İnnovasiyalar Nazirliyi Daşkənd metropoliteninin işini yüngülləşdirəcək qərar verib.
Avtosfer.az xəbər verir ki, metro xətti üzərində yerləşən ali məktəblərdə dərs saatları dəyişdirilib. 9 sentyabrda başlayacaq yeni dərs ilində universitetlərdə məşğələlərin başlama vaxtı saat 8.00, 8.30 və 9.00-a müəyyən edilib. Məqsəd metroda sərnişin axınının tənzimləməsinə kömək etməkdir.
Əslində burada qeyri-adi heç nə yoxdur. Oxşar təkliflə azərbaycanlı ekspertlər də dəfələrlə çıxış ediblər. Lakin Daşkənd təcrübəsində görürük ki, dost ölkədə məsələni 2 qurum inzibati yolla həll edib.
Qeyd edək ki, 1977-ci ildə istismara verilmiş Daşkənd metrosu 4 xətt və 50 stansiyadan ibarətdir. Şəbəkənin ümumi uzunluğu 71 kilometrdir.
Vüqar Yaşaroğlu
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA














