Min illərdir dağılmayan Roma yollarının sirri - FOTO

Klassik latın ifadəsində deyilir ki, “Omnes viae Romam ducunt”, yəni “bütün yollar Romaya aparır”.
Bəs min illərlə dağılmayan Roma yollarının sirri nədir?
Avtosfer.az-ın xəbərinə görə, qədim Roma İmperiyasında yollar 3 kateqoriyaya bölünürdü. İmperiya əhəmiyyətli yollar “Via Munita” adlanırdı və məhz bu yollar müasir dövrədək salamat qalıb.
Qədim Roma yolları paytaxtdan başlayaraq 4 tərəfə uzanırdı. 20 əsr əvvəl imperiyanın bir başından digər ucuna getməyə 100 gün lazım idi.
“Via Munita”, yəni təchiz olunmuş yolların tikintisində istifadə edilən metodlar bu gün də tətbiq edilir. Yol salmaq üçün iqlim nəzərə alınır, yol üstündə yaşayan insanlardan torpaq, iqlim və ticarətlə bağlı məlumatlar toplanırdı. Yol üçün əsasən düz sahələr seçilir, yol düzənliyin sağ kənarı ilə çəkilirdi. Dağlıq ərazilərdə əsasən aşağı hissə ilə yol çəkilirdi. E.ə. 541-ci ildə qəbul edilmiş “12 Lövhə Qanunu”nda (Lex XII Tabularum ) yol tikintisi normaları təsbit edilmişdi. Yolun eni 2,3 – 4,7 metr müəyyən edilmişdi.
Yol şəkilərkən ilk növbədə drenaj işləri görülür, su axını kənarlaşdırılırdı. Müxtəlif alətlərlə yolun mailliliyi yoxlanırdı. Ardınca torpaq layı qazılıb çıxarılır və çay daşı döşənirdi. Bunun üzərində bir neçə lay çınqıl, qum və sönmüş əhəng layı əlavə edilirdi. Ən üstə isə yonulmuş daş təbəqəsi döşənirdi. Layların ümumi hündürlüyü 1-1,5 metr olurdu. Bu səbəbdən yollar minlərlə araba, at və ya piyadanın keçməsinə rəğmən əsrlərin sınağından çıxa bilib.
O dövrün mənbələrinə görə, Romada yolların uzunluğu 100 000 kilometrdən çox olub. Əsas yollarda yolçuların və atların dincəlməsi üçün istirahət yerləri də olub (bir növ Şərqdəki karvansaralar kimi). Hər min addımda (təxminən 1 kilometr) bir işarə qoyulub.
Lakin yollar problemsiz deyildi: quldurluq halları çox olduğundan imperiya ərazisində gecə hərəkət etmkək qadağan olunmuşdu. Bir atlı gün ərzində orta hesabla 35 km qət edə bilirdi.
Antik Roma yollarına bu gün müasir Türkiyə, Suriya, Fransa və Yunanıstan ərazilərində də rast gəlinir. Bu yollar turizm obyekti hesab edilir. Yolların bir qismi tarixi Azərbaycan ərazilərinədək uzanıb.
Roma imperiyasının süqutuna da məhz yollar səbəb oldu. Kənar işğalçılar ölkəyə hücum edərkən yol sarıdan çox da əziyyət çəkmədilər.
QEYD: Şəkinin Yuxarı Baş deyilən hissəsində M.F.Axundov küçəsində xanlıq dövründən qalan daş döşənmiş küçə də elə Roma yollarına uyğun inşa olunub. Axı dünya gör-götür dünyasıdır. Ölkəmizdə sovet dövründə çəkilmiş bütün yollar müstəqilliyin ikinci onilliyinə gəlib çatmasa da, şəkili ustaların tikdiyi yol 2 əsrdən çoxdur olduğu kimi qalır. Həm də gecə gündüz ağır texnikanın işləməsinə rəğmən. Yoldakı drenaj işi isə bir sözlə, mükəmməldir.
Vüqar Yaşaroğlu
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO















