Misirlilər papirusdan hazırlanmış gəmilərdə Atlantik okeanını keçirdilər

Papirus çox illik ot bitkisidir. Papirus sözünün mənası "pa-p-pur" - "çaydan", bəzi alimlərin fikrincə isə "papoirro" - "hökümdara məxsus" deməkdir.
Müasir "Papirus" - Misir sözüdür və bir çox xalqın dilində qalmaqda davam edir. Yunanlar, almanlar, polşalılar, belaruslar kağıza "papirro, papero" deyirlər. Papiros sözünün də məhz bu sözdən götürüldüyü güman olunur.
Şimali Afrika və Siciliya adasında çayqırağı və bataqlıq yerlərdə bitir. Hündürlüyü 3 metrə çatır. Yumşaq hissələrindən şirin şirə hazırlayırdılar. Gövdəsinin aşağı hissəsini qızardaraq qida kimi istifadə edirdilər.
Papirusun qabığından sandal (başmaq), gövdəsinin liflərindən parça hazırlayırdılar və bu parça kətandan daha yaxşı hesab olunurdu. Onun gövdəsindən balıqçılıqda, ovçuluqda və hətta gəmilərin hazırlanmasında istifadə olunurdu.
Roma tarixçisi Plininin məlumatına görə, misirlilər bu bitkidən hazırlanmış gəmilərdə Seylon adasına üzürdülər. Məşhur səyyah Tur Heyerdalın fikrincə, misirlilər belə gəmi ilə Atlantik okeanını keçirdilər. Bunu sübut etmək üçün Heyerdal papirusdan hazırlanmış "Ra" adlı qayıqda, Atlantik okeanını qət etmişdi.
Papirusdan kağızı əvəz edəcək material kimi də istifadə etmişdilər. Bunun üçün gövdənin özəyini götürüb nazik uzun hissələrə kəsib lövhə üzərinə düzür, üstünü Nilin lilli suyu ilə isladıb, üzərinə üfuqi şəkildə digər qatı düzürdülər. Su quruduqdan sonra yapışqan ilə hissələri bir-birinə yapışdırırdılar. Daha sonra onu yenə isladıb, çəkiclə döyür, hamarlamaq üçün isə fillərin ayağı altına ataraq presləyib qurudurdular.
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












