Müasir avtomobillərə “obkatka” lazımdırmı?

Əvvəla terminin izahı ilə başlayaq. Bu söz yaşlı nəsilə tanış olsa da, gənclər üçün arxaizmdir.
“Obkatka” termini dilimizə rus dilindən keçib və ilk dəfə XX əsrin əvvəllərində metal emalı sahəsində ortaya çıxıb. Sonradan bu termin dəmir yolu və avtomobil sahəsinə də keçib.
2004-cü ildə nəşr edilmiş “Rusca-azərbaycanca dəmiryol nəqliyyatı terminləri lüğəti”ndə (K. Şərifov) bu termin “sürüb yoxlama, sınaqdan çıxarma” kimi tərcümə edilib. Sovet Azərbaycanında avtomobillə bağlı kitablarda isə terminin rus variantı saxlanılıb. 20-30 il əvvələdək bütün istehsalçılar yeni alınmış avtomobillər üçün 2-3 min kilometr obkatka tələb edirdilər. Hətta istismar təlimatında bununla bağlı ayrıca yarımbaşlıq olurdu. İndi isə bütün zavodlarda yığım prosesini robotlar apardığı üçün belə zərurət nəzəri olaraq aradan qalxıb. Mühərriklər isə zavodlarda “soyuq yoxlama” deyilən prosesdən keçir. Yəni, mühərrikə yağ tökülür və bir neçə dəqiqə kənar mühərrikin (elektrik) vasitəsi ilə 3000 dövr/dəqiqə tezlikdə bir neçə dəqiqə fırladılır. Bu proses də təsadüfi seçmə üsulu ilə aparıldığı üçün az sayda mühərrik belə yoxlamaya məruz qalır.
Stend yoxlaması real istismar şəraitini tam əks etdirmir. Buna görə də bir çox istehsalçı 1000-1500 kilometr məsafədə ehtiyatlı davranmğı tövsiyə edir. Yəni, avtomobil kəskin sürətləndirilməməli, kəskin tormoz verilməməli, qoşqudan istifadə olunmamalıdır. Mümkün olduğu qədər tıxacdan qaçınılmalıdır. Lakin, bunla məcburi göstəriş deyil, tövsiyə xarakteri daşıyır. əməl olunması mühərrikin ömrünü uzadır.
Təmir olunmuş mühərrikə gəlincə, marka və modeldən asılı olmayaraq 2 min kilometrədək obkatka mütləqdir. Burada 70-80-ci illərin qaydaları işləyir.
Dəmir yolu və metroda isə obkatka bu gün də qüvvədədir. Yeni alınan qatarlar müəyyən sazlamadan sonra bir müddət boş istismar edilərək yoxlanılır. Bu isə artıq tövsiyə deyil, texniki normadır.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












