Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açdı

Maraqlı 5 Sentyabr 2024 09:12 Oxunub 124
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Göz qiymətləndirməsi" ilə həmişə maşının qəzaya düşüb-düşmədiyini bilmək olmur. Yalnız mütəxəssis diqqətli diaqnostikadan sonra avtomobilin yol-nəqliyyat hadisəsinə düşüb-düşmədiyini və bunun istismarına necə təsir edəcəyini dəqiq müəyyən edə bilər. Bununla belə, alıcını narahat etməli olan bir neçə əlamət var.

Avtosfer.az xəbər verir ki, avtomobil təmiri şirkətlərindən birinin mexaniki təmir departamentinin direktoru Vadim Strelbitski "Rossiyskaya Qazeta"ya bu barədə danışıb.

"Belə əlamətlər arasında, məsələn, kuzov panelləri arasındakı boşluqları göstərmək olar. Əgər onlar qeyri-bərabərdirsə və ya həddindən artıq böyükdürsə, bu, qəzadan sonra keyfiyyətsiz təmirin nəticəsi ola bilər. Baxış zamanı kuzovun qüsurlarına xüsusi diqqət yetirməyi tövsiyə edirəm. Kuzovda müxtəlif əziklər, cızıqlar və çatlar qəzadan xəbər verə bilər", - deyə mütəxəssis deyib.

"Kuzovun qeyri-bərabər rəngi də narahatlıq doğurmalıdır: məsələn, müxtəlif panellərdə çalar fərqlidirsə və ya yenidən rənglənmə izləri varsa, bu, qəzadan sonra təmirin əlamətidir. Həmçinin salonun vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirəm. Əgər zərbə və ya zədələnmə izləri görünürsə (məsələn, təhlükəsizlik yastıqlarının cırılması, panellərin deformasiyası və ya tavanın cırılması), bu da qəzaya işarə edə bilər", - deyə Strelbitski qeyd edib.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh