Cəlilabadda yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb - FOTO

Cəlilabad rayonunun Alar kənd sakini Afəddin Mirzəyevin həyətyanı torpaq sahəsində təsərrüfat quyusu qazılarkən yerin iki metr dərinliyindən yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb.
Yeni maddi mədəniyyət nümunələri əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqarından ibarətdir. Tapıntılar arasında təsərrüfat kürəsinin olması ərazidə bir vaxtlar sənətkarlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.
XI-XII əsrlərə aid olduğu ehtimal olunan belə kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib. Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir.
Tarixçi Ələsgər Mirzəzadə yeni tapıntıların orta əsrlərdə dulusçuluq sənətinin inkişafından xəbər verdiyini bildirib: “Qazılan yerdə yanıq izləri və kül görünür. Ətrafında qum dənələri, qum külü var. Çox güman ki, bu qum külü saxsı qaba qatmaq və onu möhkəmləndirmək üçün istifadə olunub.”
Mütəxəssislərin fikrincə, tapıntıların araşdırılması orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər. Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı yeni mədəniyyət nümunələri haqqında danışarkən deyib: “Ola bilsin ki, vaxtilə bu ərazidə saxsı qablar hazırlanıb və ya İslamaqədərki dəfn mərasimləri təşkil olunub. Hər halda, bu cür tapıntıların araşdırılması yeni məlumatların əldə olunması baxımından da vacibdir.”
Qeyd edək ki, yeni tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur. (AZƏRTAC)


Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar








