Reklam

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Maraqlı 30 Aprel 2024 17:24 Oxunub 312
"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlının dediyinə görə, 3000 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikli avtobusun qiymətinə 3 dizel mühərrikli avtobus almaq mümkündür.Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır? Yəni bu avtobusdan asılı olan məsələ deyil. Bu o deməkdir ki, bizim dizelimiz, yanacağımız pisdir:

"Elektrikli avtobuslar ətraf mühitin qorunması üçün əlverişli mexanizmdir. Ümumiyyətlə dünyada elektrikli nəqliyyat vasitələrinə maraq böyükdür. Bunun üstünlükləri yalnız ətraf mühitin qorunması ilə bağlıdır. Zəhərli qaz ixrac etmir, səs-küy yoxdur. Bunun digər tərəfləri də var. Tutaq ki, elektrik avtobus almışıq, gün ərzində 400 km yol qət edir və bu yolun qət edilməsi qışda bir qədər aşağı olur 300 km və daha az olur. Bir neçə il sonra bu kilometrlər get-gedə azalır. Avtobusun akkumulyatorunun dəyişdirilməsi kifayət qədər bahadır. Çünki bir neçə akkumulyatordan ibarətdir. Gələcəkdə ciddi problem kimi ortaya çıxıb ki, elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bu məsələ ilə bağlı düşüncələr çox fərqlidir. Biz də təklif edirik ki, bu məsələlərə fərqli aspektdən baxaq. Elektrik avtobusu ediriksə, bu, hər şeyi həll edəcək demək deyil. Bunun sonrakı fəsadları var. Bu gün bir elektrik avtobus axşama kimi 20 reys gedə bilirsə, 3 il sonra 15 reysə düşəcək. Deməli interval pozulacaq və həmin xəttə əlavə bir avtobus da buraxmaq lazım olacaq. Nəzərə almaq lazımdır ki, bu avtobusların özünün də istismar müddəti var. Sonra istismara yaramır. Onlarla davranmaq üçün ustalar, servis xidməti olmalıdır. Bir çox məsələlər var ki, həssas yanaşmaq lazımdır. Normalda qiyməti 500 000-800 000 arasıdır, 1 milyona qədər vəsait çıxır. Amma dizel mühərrikli avtobus 250 000 - 300 000 manat olur. Bir elektrikli avtobusun qiymətinə 3 dizel mühərrikli avtobus almaq mümkündür. Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır? Yəni bu avtobusdan asılı olan məsələ deyil. Bu o deməkdir ki, bizim dizelimiz, yanacağımız pisdir. Bunun ətraf mühitə zərəri çox deyil. Bəlkə də hesablasaq, elektrikli avtobusların zərəri gələcəkdə daha çox ola bilər. Ona görə də 3000 avtobusun hamısını elektrikli mühərrrikə çevirmək risklidir. Müəyyən dövr üçün bunun yaxşı tərəflərini görəcəyik, amma sonra arxa planda nə baş verəcəyi sual altındadır. Bu məsələni də indidən düşünməliyik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh