Niyə təyyarənin ardınca ağ cığır qalır?

Göydəki təyyarəyə baxmaq üçün başınızı qaldırsanız, orada ağ bir cığır görəcəksiniz. Əvvəllər təyyarənin göy üzündə buraxdığı bu zolağa “inversiya izi” deyirdilər, ancaq bu şırımı “kondensasiya yolu” adlandırmaq daha doğru olardı. Sonuncu addan dərhal aydın olur ki, izin ortaya çıxmasının səbəbi su damcılarının kondensasiyasıdır. Yəni bu, duman, insanın əl işi olan uzun buluddur...
Görüntünün yaranma səbəbi çox sadədir - onu reaktiv mühərriklərin buraxdığı işlənmiş qazlar əmələ gətirir. Bu qazlar əsasən su buxarı, karbon dioksid, azot oksidləri, karbohidrogenlər, his və kükürd birləşmələrindən ibarət olur. Su buxarının özü inversiya izi əmələ gətirir, çünki təyyarələrin uçduğu yüksəkliklərdə temperatur mənfi olur (10 km yüksəklikdə adətən təxminən -40; -50 °C), su buxarı tez bir zamanda kiçik su və buz zərrələrinə çevrilir. Üstəlik, kükürd həddən artıq doymuş atmosferin bir hissəsi olan su buxarı üçün əlavə kondensasiya nöqtələri yaradır.
Az sonra həmin iz buxarlanaraq yox olur və ya ağ buludlara qarışır. İzin nə qədər görünəcəyi atmosferin həmin yüksəkliyindəki meteoroloji şəraitdən (rütubətdən, küləkdən, temperaturdan və s.) asılıdır. Daha isti olan aşağı hündürlüklərdə cığır adətən çox qısa müddət, təxminən bir neçə on saniyə görünür, yüksək hündürlükdə isə daha çox qalır.
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO
Robot insandan daha təhlükəsiz sürür – TƏDQİQAT
Kirayə haqqını ödəməmək üçün maşınında yaşayır: Nə qədər pul xərcləyir? - VİDEO
Rusiya-Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir
Detektorla qədim dəfinə tapıldı - FOTO
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO











