Nizami Gəncəviyə aid edilən portretin orijinal olmadığı üzə çıxdı: Ağcabədidən axund imiş... VİDEO

Nizami Gəncəviyə aid edilən portretin orijinal olmadığı üzə çıxdı - Ağcabədidən axund imiş...
Hamımızın bu günə qədər Nizami Gəncəviyə aid olduğunu zənn etdiyimiz portret əslində orijinal deyil və başqa bir şəxsə aiddir.
Maraqlıdır həmin portret necə ərsəyə gəlib?
Sənətşünas Ziyadxan Əliyev bildirir ki, bütün bu proses Nizaminin 800 illik yubileyi ərəfəsində baş verir. Portretin yaradılması məqsədilə o dövrdə Sankt-peterburqda yaşayan Gerasimov adlı antropoloqa müracət olunur.
Məhz bundan sonra qərar verilir ki, dahi Nizaminin portretinin yaradılması üçün həm rəssamlar, həm də heykəltəraşlar arasında ümumittifaq müsabiqəsi elan olunsun. 1940-cı ildə keçirilən müsabiqəyə Azərbaycan, Gürcüstan eləcə də o vaxtkı SSRİ-nin iri şəhərlərində yaşayan rəssam və heykəltəraşlar müraciət edir.
İlk tura təqdim olunan 16 portret uğurlu alınmır.
“Birinci turda sonradan qalib olacaq Qəzənfər Xalıqov iştirak etməmişdi. Ancaq o əlində bir cızma qara hazırlamışdı, o eskizi məşhur ədəbiyyatşünas Bertsels görür və deyir ki, Nizami Gəncəvi belə ola bilərdi. Bu söhbətlərə yaxından şahid olan Üzeyir Hacıbəyli söhbətə qoşulur və deyir ki, Xalıqovun tanıdığı qiyafədə bir adam var və mən Ağcabədidə tanıyıram”.
Beləcə Nizami Gəncəvinin protoripini yaratmaq üçün Ağcabədidə yaşayan və axund işləyən həmin şəxs dəvət olunur. Ona Azərbaycan Milli Tarix muzeyindən qiyafət geydirilir və rəssam Qəzənfər Xalıqov bu portreti işləyir.
Həmin müsabiqədə heykəltəraş sahəsində isə rəssam Fuad Əbdürrəhmənov qalib gəlir ki, onun hazırladığı iki heykəldən biri Bakıda, digəri isə Gəncədə ucaldılır.
Daha ətraflı videomaterialda.
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








