Novruz Məmmədovun nümunəvi hərəkəti kameraya düşdü - VİDEO

Paytaxtda sabiq Baş nazirin nümünəvi hərəkəti görüntülənib.
Avtosfer.az xəbər verir ki, görüntülər bir neçə gün əvvəl Abdulla Şaiq küçəsində qeydə alınıb.
Belə ki, Azərbaycan Respublikasının 9-cu baş naziri olmuş Novruz Məmmədov əlində zənbillə piyada hərəkət edərkən işıqforda dayanıb. Avtomobillər üçün qırmızı işıq yandıqda piyada keçidindən istifadə edərək yolun digər tərəfinə keçib. Sabiq Baş nazir piyada hərəkət edərək öz sağlamlığını qoruyur, habelə qaydalara düzgün əməl edərək hamıya nümünə olur. Bəzi yüksək vəzifəli şəxslərin mühafizə ordusu ilə kortec qurub yollarda hərəkət etdiyini tez-tez müşahidə olunur. Ümid edirik ki, Sabiq Baş nazirin bu hərəkəti həm vətəndaşlara, həm də yüksək vəzifəli məmurlara örnək olacaq.
Qeyd edək ki, Novruz Məmmədov uzun illər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub. 21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilib və 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib.
Məhəbbət Tərlanoğlu
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA











