Oğurluğun yeni məkanı: İnstaqram hekayələri

Ən çox istifadə edilən sosial media platformalarından biri İnstaqram oğurluq halları üçün yeni məkana çevrilib. Gündəlik təxminən 500 milyon hekayənin paylaşıldığı platformanın oğru məkanına çevrildiyi və çox məşhurun təhlükəsizlik tədbirlərini artırdığı söylənilir.
İnstaqramdakı ictimaiyyətə açıq məlumatlardan istifadə etməkdə günahlandırılan "Acrobat oğruları" ləqəbli 4 nəfərlik dəstə Milanda həbs olunub. Qruplaşma şəhərin məşhur şəxslərini İnstaqramda izlədikdən sonra onların evlərini qarət ediblər.
Məlumata görə, qruplaşma üzvləri məşhurların harada yaşadığını öyrənmək üçün foto və etiketli yerlərini nəzərdən keçiriblər. Ərazini öyrəndikdən sonra, hətta pəncərənin tipini də bu yolla əldə ediblər. Məlumata görə, zinət əşyaları, dizayner çantaları və Rolex saatları da daxil olmaqla, təqribən 150.000 avro dəyərində əşyalar oğurlanıb.
Milan polisi son zamanlar çox yayılmış halları nəzərə alaraq əhalini sosial şəbəkələrdə ərazi paylaşımları zamanı diqqətli olmağa çağırıb.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










