Okeanda plastik tullantıların miqdarının 10 dəfə çox olduğu müəyyənləşib

Atlantik okeanının yuxarı qatlarında (0 ilə 200 metr arasında) 12-21 milyon ton arası plastik tullantı üzür. Bu, əvvəlki hesablamadan 10 dəfə çoxdur. Bu barədə Böyük Britaniyanın Milli Okeanologiya Mərkəzinin “Nature Communications” jurnalında dərc edilən məqaləsində deyilir.
Məqalədə qeyd olunub ki, plastik tullantının hesab ediləndən 10 dəfə çox olmasına səbəb keçmişdə alimlərin böyük dərinlikdə “görünməz” mikroplastik maddələri axtarmamağı olub.
“Bu kimi ilk hesablamaları Atlantik okeanı boyu aparmışıq: Britaniya sahillərindən başlayaraq Folklend adalarınadək”, - araşdırmanın həmmüəllifi Yekaterina Pobortseva qeyd edib.
Məlumata görə, hər il dünyada 300 milyon ton plastik tullantı poliqon və tullantı sularına atılır. Torpaq mikrobları onların əksəriyyətini çürüdə bilmədiyinə görə bu tullantı on illər, hətta yüz illər boyu, demək olar ki, toxunulmaz vəziyyətdə qalır.
Bildirilib ki, mikroplastik tullantılar okeanda çox qalmır: onları dəniz heyvanları yeyir. Bu səbəbdən insan hər il ortalama 40 mindən 60 minədək mikroplastik maddə udur.
Xatırladaq ki, ötən ay Sakit okeanda tarixin ən böyük təmizlik işi görülüb. Kaliforniya və Havay adalarının sahillərində 48 gün keçirən ekoloqlar 103 ton plastik tullantı və balıq toru yığışdırıblar. (“Report” )
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












