Okeanda yeraltı sərvətlərin hasilatına qarşı səylər genişlənir

Okean dibindən çıxarılan yeraltı sərvətlərin istifadəsinə qarşı moratorium tətbiqinə dair Dünya Təbiəti Qoruma Fondu (WWF) tərəfindən irəli sürülmüş təşəbbüsə beynəlxalq şirkətlər də qoşulmağa başlayıb.
Avtosfer.az FT-yə istinadən xəbər verir ki, təşəbbüsə qoşulmuş BMW, “Volvo”, “Google” şirkətləri də okean dibindən hasil olunmuş filizlərdən əldə edilən metalları satın almamaq və tədarük zəncirlərindən silmək, habelə okean dibində geoloji kəşfiyyat və hasilatla məşğul olan şirkətlərə maliyyə ayırmamaq öhdəliyini götürüblər.
“Okean dibindəki sahələrdə hasilat çalışmaları başlamazdan bunu dəniz mühitinin səmərəli mühafizəsini təmin etmək şərtilə həyata keçirməyin üsulu aydınlaşdırılmalıdır”, - deyə həmin şirkətlərin WWF tərəfindən yayılmış müraciətində qeyd olunur.
Belə ki, qarşıdakı on il ərzində elektromobil istehsalının xeyli artması ilə bağlı xeyli çox istehlak olunacağı gözlənilən kobalt və nikel kimi metalların okean dibindən hasilatı son vaxtlar gündəliyə gəlib.
Daha əvvəl “Deep Sea Minig Campaign” beynəlxalq fondu tərəfindən 250-dən artıq elmi tədqiqata əsasən hazırlanmış hesabata görə, dəniz dibində geoloji kəşfiyyat və hasilat fəaliyyətləri ətraf mühitə böyük təhlükədir. Sakit okeanda bu cür mədənçilik çalışmalarının geniş ərazilərdə ekosistemlərinin tənəzzülünə, bir çox canlı növlərin məhv olmasına gətirib çıxara biləcəyi vurğulanır. Belə ki, təkcə bir məhdud dib sahəsində aparılacaq mədənçilik çalışmaları nəticəsində 800 kvadratkilometrlik ərazidə bütün canlıların tələf ola biləcəyi göstərilir.
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












