Ölü balina insanların gözü qarşısında partladı - VİDEO - FOTO

Balıqçılar ABŞ-nin Kaliforniya sahillərində olduqca qorxulu mənzərə ilə üzləşiblər - orada ölü qozbel balina cəsədi partlayıb.
Bu barədə yerli sakinlər sosial şəbəkələrdə video paylaşıblar.
Ölü məməlinin cəsədi onun yanından keçən qayıqda olan balıqçıların kameralarına düşüb. İnsanlar nəhəng cəsədi lentə alarkən inanılmaz hadisə baş verib - balinanın cəsədi partlayıb, ətrafındakı su qırmızıya boyanıb və heyvanın içalatı suya dağılıb.
İxtioloqların dediyinə görə, partlayış ölü balinanın cəsədini içəridən parçalamağa başlayan bakteriyaların həyati fəaliyyətinin məhsulu olan və cəsədin içərisində toplanan qazlar nəticəsində baş verib.
Bu hadisə, göründüyü kimi, keçmişdə balina ovçularına yaxşı məlum olub. Onlar bilirdilər ki, yığılmış qazların sərbəst şəkildə çıxması üçün balinanın sərt dərisini bir neçə yerdən deşməklə belə bir “partlayış”ın qarşısını almaq olar.
Sosial şəbəkələrdə yayılan balina cəsədinin videosundan görünür ki, qazlar çıxandan sonra heyvanın cəsədi yavaş-yavaş suyun altında batmağa başlayır. (oxu.az)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA











