“Ölüm yolu”nun səyahətçiləri - dünyanın ən təhlükəli avtomobil yolu - FOTO - VİDEO

Dəhşətli ləqəbi ilə tanınan “Ölüm Yolu” və ya Ruta de la Muerte, Boliviyadakı Coroico və La Pazı birləşdirən Old Yungas yolunun şimal hissəsində yerləşir.
Avtosfer.az xəbər verir ki, Amerikalararası İnkişaf Bankı tərəfindən “dünyanın ən təhlükəli yolu” kimi seçilən bu yol, o zamandan öz statusunu qoruyub saxlayıb. Adından da bəlli olduğu kimi bu yolda hər il 250-300 turist həlak olur. Hətta bu yolda ölənlərin bəzilərinin cənazələri elə oradaca dəfn olunub. 90-cı illərə qədər alternativi olmayan və keçilməsi zəruri olan bu yola sonradan alternativ yol inşa edilsə də hazırda yalnız macəra axtaran sürücülər tərəfindən istifadə edilir. Dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşən yolun uzunluğu 70km-dir. Ölüm vadisinin əksər hissəsi çəmən və otdan ibarətdir. Təxminən 20km isə asfaltla örtülüdür. Eni 3,2 metr olan bu yolda sürücülərin tam mənasıyla gözlərini dörd açmaları zəruridir.
Nərminə Əli
Sabit sürət niyə daha sərfəlidir? – MÜTƏXƏSSİS RƏYİ
Avropada Çin maşınları ilə bağlı yeni problem: elektromobillər paslanır? - FOTO
Arxa oturacaqda əyləşən sərnişinlər niyə təhlükəsizlik kəməri taxmalıdır? - TÖVSİYƏ
Sürücüsüz avtomobillərin təhlükəsizliyi üçün yeni addım atıldı - FOTO
Maşınınızdakı bu düymələrin yanacaq sərfiyyatına təsir etdiyini bilirdiniz? - TÖVSİYƏ
Elektrikli maşın almaq istəyən ailələrə dövlət dəstəyi veriləcək – BU ÖLKƏDƏ
Həyat "dəqiq hesablanma" sayəsində mövcuddur - Fiziklərdən heyrətamiz nəticə
Uçan naməlum obyektlərlə bağlı məxfi sənədlər ictimailəşdirilir
Alman brendi avtomobilin reklamını elə təşkil etdi ki… - VİDEO
Yeni muzeydə bu eksponatlar yer ala bilər - FOTOLAR
Telefon qiymətinə elektrikli motosiklet - FOTO













