Papaq buna görə qeyrət rəmzi imiş... - Maraqlı açıqlama

Azərbaycan cəmiyyətində papaq qeyrət rəmzi olaraq simvolizə edilir. Bunun kökü qədimlərə dayanır. Maraqlıdır, bu məna niyə məhz papağa yüklənib?
Sözügedən mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən AMEA Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil vacib məqamlardan danışıb:
“Papaq mövzusu müxtəlif etnoqrafik və kulturoloji tədqiqatlarda araşdırma mövzusu kimi işlənib. Əsasən, papağı bir baş geyimi kimi araşdırıblar. Ümumiyyətlə, Azərbaycan baş geyim mədəniyyəti ilə zəngin ölkədir. Adından da göründüyü kimi baş geyimləri formasına və materialına görə müxtəlif olub. Qaynaqlarda börk, külah, araqçın, sarıq, təsək, əmmamə, şal və s. baş geyim adları məlumdur. Papaq bunların həm birinin, həm də bir çoxunun ümumi adıdır.
Baş geyimləri ilk növbədə insanın başını soyuqdan və ya istidən qorumaq məqsədilə istifadə olunub. Bu mənada baş geyimlərinin tarixi qədimdir. Müxtəlif dövrlərdə təbii şəraitə və cəmiyyətin mədəni ənənəsinə uyğun olaraq papaqlar yaranıb. Bunun əsasında papaqçılıq sənəti də inkişaf edib.
Papağın iki funksiya daşıdığı xalqın adət və ənənələrində öz izlərini saxlayıb. Bu geyim növünün təməl funksiyası fiziki funksiyadır. Bu funksiya ilə papaq adından və formasından asılı olmayaraq insanın fiziki sağlamlığını qorumağa xidmət edir.
Papağın digər və daha əski funksiyası isə onun simvolik funksiyasıdır. Bu funksiya əsasında papağın forması və şəkli də cəmiyyətin müəyyən ənənələrinə görə müəyyənləşib. Papağın cəmiyyətdə qazandığı mənəvi məna da bu funksiya ilə bağlıdır. Bunun arxetipləri mifoloji təsəvvürlərə qədər gedib çıxır”.
Folklorşünas bildirir ki, fərqli mədəniyyətlərdə papağa müxtəlif münasibət mövcuddur:
“Keçmiş dövrün ənənəvi mədəniyyətində papağın mənəvi məzmunu başı, başçını ifadə edib. Xalq deyimindəki “başıpapaqlı” ifadəsi evin kişisini bildirmək üçün söylənib. Bu həm də evin, ailənin böyüyü, onun qoruyucusu mənasını daşıyıb. Papağın mənəvi məzmununda yüksəklik, böyüklük, hörmət kimi xüsusiyyətlər öz əksini tapır. Papağın qeyrət rəmzi kimi anlaşılması ilk növbədə patriarxal cəmiyyətdəki kişi mövqeyinin yüksək tutulması ilə bağlıdır.
Kübar məclislərdə biz çox yüksək hörmət və nəzakət ifadəsi kimi papağın yerə atılmasını da müşahidə edirik. Bu etik hərəkət həddindən ziyadə hörmət ifadəsidir. Ona görə də bir sıra məclislərdə papaqlı oturmaq etik qaydaları pozur. Müasir dövrün müxtəlif mədəniyyətləri içərisində papağa münasibətin fərqli formaları ilə qarşılaşırıq.
Azərbaycan ənənəvi mədəniyyətində papaq vaxtilə şəxsin cəmiyyətdəki yerini və hörmətini göstərib. Papağa hörmət, şəxsiyyətə hörmət kimi qəbul edilib. Bu mənada papaqla şəxs arasında bir identikləşmə olub və orta əsrlər dövründəki bu düşüncə müasir dövrə qədər özünün bəzi izlərini saxlayıb”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












