Parklanma yerlərini qanunsuz zolla zəbt edənləri cərimə gözləyir - DİQQƏT!

Bakıda pulsuz parklanma üçün ayrılmış yerlərin bəzi obyekt sahibləri tərəfindən zəbt olunması adi hala çevrilib.
Obyektlərin, mağazaların qarşısında kənar şəxslərin avtomobil saxlamaması həmin ərazilərə qanunsuz olaraq maneələr qoyulur. Bu da sürücülərin narazılığına səbəb olur.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, parklama yerlərinin qanunsuz şəkildə zəbt edilməsinə görə cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində bununla bağlı bənd var.
Ekspert qeyd edib ki, obyekt və mağaza sahibləri dövlət tərəfindən vətəndaşlar üçün nəzərdə tutulan pulsuz parklanma yerlərinə su bidonları, mişar daşları, boş boya qabları düzür: “Obyekt sahibləri həmin yerləri özlərinin avtomobilləri üçün saxlayırlar. Bu, qanun pozuntusudur. Qanunda cərimə nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələ ilə bağlı vəziyyəti aidiyyəti qurumlar, ərazidə xidmət aparan yol polisi əməkdaşları da görür. İstənilən obyektin sahibi mülkiyyətində olan və icarəyə götürdüyü ərazilərə görə məsuliyyət daşıyır. Obyektin qarşısının orada fəaliyyət göstərən sahibkara heç bir aidiyyəti yoxdur. Ümumi istifadədə olan bir parklanma yeridir, heç bir şəxsin oranı zəbt etməsi düzgün deyil. Bununla mübarizə aparmaq lazımdır”.
Elməddin Muradlı obyekt sahiblərinin bu cür davranışlarına dəfələrlə rast gəldiyini bildirib: “Obyekt sahibləri dövlət tərəfindən vətəndaşlar üçün ayrılmış parklanma yerini zəbt edərək, şəxsi dayanacaq kimi istifadə edirlər. Elə insanlar var ki, səhər avtomobillə çıxır, bir də gecə qayıdır. Çıxarkən iki su bidonunu maşınını saxladığı yerə qoyub gedir. Dövlət tərəfindən təşkil olunan pulsuz parklanmalardan hərkəsin istifadə etmək hüququ var”.
(tns)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










