Pilotla stüardessa təyyarədə dalaşdı - VİDEO

Sərxoş təyyarə pilotu stüardessa ilə əlbəyaxa dava edib və Türk Hava Yollarının Türkiyədən İndoneziyaya uçan reysini pozub. Laynerdə turistlərin gözü qarşısında baş verən hadisə videoya düşüb.
Avtosfer.az bildirir ki, hadisənin videosunu və təfərrüatlarını "Liputan6" telekanalı yayıb.
Qeyd olunub ki, İstanbuldan Cakartaya uçarkən İndoneziyanın "Batik Air" aviaşirkətinin pilotu olan Muhammed Con Cayz Budeveyn nalayiq hərəkətlər etməyə başlayıb. Sərxoş vəziyyətdə olan şəxs uçuş heyətinin üzvünə əlavə içki vermək istəmədiyinə görə hücum edib.
Hadisə şahidlərinin çəkdiyi kadrlarda bir-birindən yapışan iki nəfərin təyyarənin koridorunda necə dalaşdığı görünüb. Daha sonra stüardessa indoneziyalıya bir neçə dəfə təpik vurub, bundan sonra o, sərnişinlərin qışqırığına məhəl qoymadan yerindən tullanıb və özünü şirkət əməkdaşının üstünə atıb.
Təyyarə komandiri marşrutdan kənara çıxmaq qərarına gəlib və İndoneziyanın Kuala Namu hava limanına enməyə məcbur olub. "Batik Air"in sahibi olan "Lion Air Group" sonradan Budeveynin onların işçilərindən biri olduğunu təsdiqləyib. Mətbuat xidməti hadisə zamanı pilotun məzuniyyətdə olduğunu və şəxsi məqsədlər üçün uçduğunu qeyd edib.
Milli.Az
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










