Polisi girov götürən terrorçu özünü partlatdı - VİDEO

Polisi girov götürən terrorçu özünü partladıb.
“Voyennıy obozrevatel” “Telegram” kanalının məlumatına görə, hadisə Ukraynanın Poltava şəhərində baş verib.
Məlumata görə, Roman Skripnik saxlanılarkən yenə polis əməkdaşını girov götürə bilib və özünü partlatmaqla hədələyib.
Kadrlarda görünür ki, snayperin atəşindən sonra polis terrorçudan qaçır və bundan bir neçə saniyə sonra partlayış baş verib.
Ukrayna DİN rəhbəri Anton Qeraşenko hadisə ilə bağlı bildirib ki, terrorçu təslim olacağı təqdirdə uzun illərini dəmir barmaqlıqlar arxasında keçirəcəkdi və o, “öz yolunu seçdi”.
Xatırladaq ki, iyulun 23-də Skripnik polis əməkdaşını girov götürərək qumbara ilə hədələmişdi. Danışıqlar zamanı o, avtomobillə təmin edilmişdi, həmçinin girov polis əməkdaşı əyalət polisinin Cinayət axtarış bölməsinin rəisi ilə əvəzlənmişdi.
Sonra terrorçu girovla birlikdə Kiyevə tərəf yollandı. Yolda o, maşını ataraq meşəyə tərəf qaçmışdı.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










