Polisin davranışı avtoxuliqanı KÖVRƏLTDİ

Avstraliyada polisin davranışı avtoxuliqanı doğru yola yönəldib.
Avtosfer.az xəbər verir ki, polis nümayişkaranə qayda pozan sürücünü təqiblə saxlayıb. Tabe olmamağa və eyni qayda pozuntusunui dəfələrlə təkrarlamağa görə məhkəmə gənc sürücünü həm cərimə edib, həm də sürücülük vəsiqəsini 3 il müddətinə məhdudlaşdırıb. Lakin iş bununla bitməyib.
Avtoxuliqanı saxlayan polis məhkəmənin ertəsi günü onu bir evə aparıb. Evdə onları əlil arabasında gənc qarşılayıb. Avtoxuliqanla söhbət edən gənc bildirib ki, 25 yaşı var, 3 ildir əlil arabasındadır. Polisin və dost-tanışların məsləhətinə baxmayaraq hər zaman avtomobili riskli idarə edib. Dəfələrlə cərimə və həbs onu “ağıllandırmayıb”. Bir dəfə isə kiçik bir qəzada ciddi zədələnib və hər 2 ayağı amputasiya olunub. İndi başqalarının yardımı ilə hərəkət edir və avtomobilə qarşı ciddi fobiyası (qorxusu) yaranıb.
Təbii ki, söhbət uzun olub və detalları uzun-uzadı yazmağın mənası yoxdur. Ən əsası isə, avtoxuliqanlıq edən şəxs gördüyü hadisədən sonra göz yaşını saxlaya bilməyib. Elə oradaca polis zabitinə intizamlı hərəkət iştirakçısı olmaqla bağlı söz verib.
Azərbaycanda da yol qəzalarında öz təqsirləri ucbatından “əlillik qazananların” sayı yüzlərlədir. Onlar başqalarını yanlış yoldan çəkindirə bilərlər. İpə-sapa yatmayanları polis və kameraların görməməsi mümkündür. Lakin hindistanlıların məşhur “səfehləri yalnız bədbəxt hadisələr ağıllandırır” ifadəsi gec ya da tez gəlib yerini tapır. Lakin, sonrakı peşmanlıq bütün hallarda faydasızdır.
Vüqar
Bu ölkədə balacaboy sürücülər kəmər taxmaya bilər
Sürücülərin qışda ən çox təkrarladığı səhv; maşını ağacların, binaların altında saxlamayın - TÖVSİYƏ
Göyərçini iki avtomobil qiymətinə satdılar - VİDEO
Elektromobillər üçün şarj cihazının istehsalı diqqət çəkir - VİDEO
Qarajda unudulan 57 ilin maşınını görün nə hala gətirdilər - VİDEO
Bu ölkədə cərimələrdən yığılan vəsaitə trolleybus alınacaq - FOTO
Zirehli avtomobillər həqiqətən sui-qəsdlərin qarşısını ala bilir? - ARAŞDIRMA
Sürücü niyə avtobusda namaz qılmalıdır? – Mübahisə böyüdü
Qışda elektromobillərin batareyası maşının salonunu neçə saat isti saxlaya bilər? - ARAŞDIRMA
Bu ölkədə elektromobilləri sürərkən şarj etmək mümkün olacaq – YENİLİK - FOTO
Avtomobil markalarının model adları hansı məntiqlə seçilir? - ARAŞDIRMA











