Prezidentin bərbəri ayda 10 min avro maaş alır

Fransa prezidenti Fransua Ollandın bərbəri ayda 10 min avroya yaxın maaş alır. Bunu Fransa mətbuatı “Yeliseydən” kitabına istinadla yazıb. Kitabın müəllifləri jurnalistlər Əziz Zemmuri və Stefani Martodur. Avtosfer.az novator.az-a istinadən xəbər verir ki, kitabda bərbərin kimliyi tam açıqlanmayıb və fotosu dərc olunmayıb. Bildirilir ki, bərbər Fransua Olland prezident seçilən il (2012) Yelisey sarayında işə götürülüb. Həmin ildən bağladığı müqaviləyə əsasən, o, ayda 9 min 895 avro maaş alır. Bu, ölkə prezidentinin maaşından 5 min avro azdır.
Ancaq bərbərin qazancı təkcə maaşdan ibarət deyil. O, əlavə ödənişlər, müavinətlər də alır.
Bərbərin vəkili Sara Levin deyib ki, bərbər bütün günü prezidentin sərəncamındadır. O, hətta uşaqlarının ad günlərində iştirak edə bilməyib, övladları xəstələnib əməliyyat olunanda onlara baş çəkməyə vaxt tapmayıb. “Yeliseydən” kitabında yazılana görə, bərbərin iş günü çox erkən başlayır və o, prezidenti ezamiyyələrdə də müşayiət edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












