Psixi xəstəliklər insanların seçimlərinə necə təsir edir? – ABŞ və BÖYÜK BRİTANİYA ALİMLƏRİNDƏN ARAŞDIRMA

Alimlərin apardığı yeni araşdırmalar peşə seçimlərinin psixi və ruhi xəstəliklərə genetik meyllərlə əlaqəsini ortaya qoyub. Müəllimlər, polislər, avtobus sürücüləri, sənətçilər və digər peşə sahibləri arasında müəyyən xəstəliklərə daha yüksək risk olduğu müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, alimlər Böyük Britaniya və ABŞ-dən 421 899 insanın məlumatlarını analiz ediblər. Araşdırma genetik meyllərin insanların karyera seçimlərinə təsir göstərə biləcəyini üzə çıxarıb. DƏHD (Diqqət Əskikliyi və Hiperaktivlik Dağınıqlığı), autizm, depressiya və şizofreniya kimi xəstəliklərin genetik risklərinin peşələrə görə fərqləndiyi müşahidə edilib.

Tədqiqat nəticələrinə görə, incəsənət və dizayn sahəsində çalışanlar anoreksiya, autizm, bipolyar pozğunluq, şizofreniya və depressiya kimi ruhi xəstəliklərə daha çox meyilli olurlar. Digər tərəfdən, kompüter sahəsində işləyən şəxslərdə autizmə genetik meyllilik yüksək olsa da depressiya və DƏHD riskinin daha az olduğu müşahidə edilib.
Araşdırmada müəllimlərin DƏHD və anoreksiya əlamətlərini digər peşə qruplarına nisbətən daha çox göstərdiyi aşkar edilib. Depressiyaya genetik meyl isə sosial iş sahəsində çalışanlarda daha yüksəkdir.
Kənd təsərrüfatı, balıqçılıq və odunçuluq: Bu sahələrdə çalışanlarda DƏHD riskinin daha yüksək olduğu müəyyən edilib.
Təmizlik, nəqliyyat və aşpazlıq sektoru: Təmizlik işçiləri, aşpazlar, ofisiantlar, polislər, avtobus sürücüləri və bərbərlərdə DƏHD əlamətləri üstünlük təşkil edir.

Tədqiqat göstərib ki, Diqqət Əskikliyi və Hiperaktivlik Dağınıqlığa genetik meylliliyi olan şəxslərin memarlıq, texnologiya, hüquq və səhiyyə kimi sahələrdə çalışmaq ehtimalı daha azdır. Doktor Georgios Voloudakis bu vəziyyətin fərdlərin şüurlu seçimi olmadığını, genetik meyllərin təhsildə müvəffəqiyyətə təsir etməsi nəticəsində dolayı yolla peşə seçimlərinə təsir etdiyini bildirib.
"Təhsil sistemindəki qərəzlər DƏHD-yə genetik meyilliliyi olan şəxslərə qeyri-mütənasib şəkildə təsir edə bilər" – deyə, Voloudakis vurğulayıb.
Araşdırma nəticələri göstərir ki, genetik faktorlar peşə seçimlərinə digər amillərlə müqayisədə yalnız cüzi təsir göstərir (təxminən 0,5%). Yaş, cins və təhsil kimi faktorların isə daha önəmli olduğu qeyd edilib.
Alimlər, müəyyən populyasiyalarda genetik meyllərin davam etməsinin səbəblərini araşdırmaq üçün yeni tədqiqatlar aparmağı planlaşdırır. "Bu genetik variasiyaların müəyyən hallarda faydalı olub-olmadığını araşdırmaq, onların niyə populyasiyalarda qalmağa davam etdiyini anlamağa kömək edə bilər," – deyə Doktor Voloudakis əlavə edib.
Eltac Zülfüqaroğlu
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










