Qalaktikaların toqquşması qeydə alındı - FOTO - VİDEO

Ceyms Vebb kosmik teleskopu dərin kosmosun yeni görüntüləri ilə təəccübləndirməkdə davam edir. Bu dəfə o, iki qalaktikanın birləşməsinin necə baş verdiyini göstərib.
Yerdən 270 milyon işıq ili məsafəsində heyrətamiz hadisə baş verir - iki qalaktika bir-biri ilə toqquşur və onların qarşılıqlı təsirindən möhtəşəm görüntülər yaranır. Bu cüt IC 1623 adlanır və balina bürcündə yerləşir.
NASA alimlərinin fikrincə, tezliklə birləşəcək bu iki qalaktikada yeni ulduzların əmələ gəlməsi bizim qalaktikamızdakı eyni prosesdən 20 dəfə daha sürətlə baş verir.
Qeyd edək ki, 10 milyard dollarlıq Vebb teleskopu bu günə qədər həyata keçirilən ən iddialı və uğurlu kosmik layihədir. O, Yerdən 1,6 milyon km məsafədə yerləşir və diametri 6,5 metr olan nəhəng əsas güzgüsünün köməyi ilə bizdən milyardlarla işıq ili uzaqda olan son dərəcə uzaq ulduzların və qalaktikaların işığını görə bilir.
oxu.az
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










