Qarabağda qurulacaq ilk “Ağıllı kənd” layihəsinin görüntüsü yayımlanıb - VİDEO
Maraqlı
28 Aprel 2021 15:03

İşğaldan azad edilən ərazilərdə qurulacaq ilk “Ağıllı kənd”in layihə görünüşünün təqdimatı olub. Kənd Təsərrüfatı Nazirliyindən Avtosfer.az-a verilən məlumata əsasən, Zəngilan rayonun Ağalı kəndində icra ediləcək layihənin maketi videogörüntü şəklində yayımlanıb.
Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir: “Layihənin icrası, əsasən, beş komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq”.
Nazir əlavə edib ki, bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq:
“Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək”.
O qeyd edib ki, layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcək.
Oxunub : 2280
DİGƏR XƏBƏRLƏR
31 Mart 2026 09:30
İki milyarda metro: 15 stansiya, 32 qatar....
31 Mart 2026 08:45
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
30 Mart 2026 13:20
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
26 Mart 2026 20:38
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
25 Mart 2026 16:00
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
24 Mart 2026 19:00
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
23 Mart 2026 23:59
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
23 Mart 2026 20:00
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
20 Mart 2026 17:33
Çində artıq skuterlərə də lidar quraşdırılır
19 Mart 2026 17:41
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
17 Mart 2026 15:41
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
17 Mart 2026 14:48
600 manata görə təyyarəyə həbs qoyuldu
ŞƏRH YAZ










