Qarpız yüklü maşınla toqquşan BMW-nin sürücüsü gülüş obyekti oldu - VİDEO

Maraqlı 31 İyul 2024 16:51 Oxunub 172
Qarpız yüklü maşınla toqquşan BMW-nin sürücüsü gülüş obyekti oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu video Özbəkistanda qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, BMW sürücüsü “Chevrolet Cobalt”ın onu ötməsini obrazlı desək, həzm edə bilməyib və öz aləmində kasıb sürücünü cəzalandırmaq qərarına gəlib. Lakin nəticə onun istədiyi kimi olmayıb.
Videodan görünür ki, “Cobalt”ı sağdan ötən BMW sürücüsü idarəetməni itirərək yolun sağında dayanmış qarpız yüklü “Damas”a çırpılır. Hər 2 avtomobil yol kənarındakı uçuruma yuvarlanır. BMW sürücüsü xəsarət alır. “Damas”ın sahibi kənarda olduğu üçün canını qurtara bilsə də, həm avtomobil, həm də qarpızlar yararsız hala düşür.
Bu video yayıldıqdan sonra BMW sürücüsü sosial mediada gülüş obyektinə çevrilib.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh