Qazaxıstanın yol infrastrukturunu Bakıda tətbiq etmək mümkündürmü? - VİDEO

Qazaxıstanda şəhər infrastrukturuna uyğun olaraq piyada keçidləri müasir formada təşkil edilir. Burada dördyol tipli kəsişmələrdə piyadalar üçün keçidlər eynisəviyyədə qurulur, tam əlçatan olur və insanları yerin altına yönləndirmirlər. Bu yanaşma həm rahatlıq, həm də təhlükəsizlik baxımından nümunəvi hesab olunur.
Avtosfer.az xəbər verir ki, Qazaxıstana səyahətə çıxan bloger Anar Əliyev paytaxt Astanadan paylaşdığı video ilə Bakının nəqliyyat infrastrukturunu müqayisə edib. O bildirib ki, paytaxtın mərkəzi küçələrində, xüsusilə də 8 Noyabr prospektinin bəzi hissələrində belə müasir piyada keçidlərinin təşkil olunmasına hələ də imkan yaradılmır. Burada piyadalar əsasən yeraltı keçidlərdən istifadə etməyə məcbur edilir ki, bu da yaşlılar, əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün ciddi çətinlik yaradır.
Mütəxəssislərin sözlərinə görə, artıq bir çox ölkələrdə piyada keçidlərinin eynisəviyyədə təşkil olunması ən təhlükəsiz və praktik həll kimi qəbul edilir. Qazaxıstan nümunəsi də göstərir ki, küçələrin ortasında geniş, işıqforla tənzimlənən və nişanlarla qeyd olunan piyada keçidləri insanların rahat hərəkətinə imkan yaradır.
Bakı küçələrində də bu təcrübəni tətbiq etmək mümkündür. Əsas maneə mövcud şəhərsalma yanaşması və köhnə praktikalardan imtina edilməməsidir.
Eltac Zülfüqaroğlu
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











