Reklam

Qeyri-adi nəqliyyat: Keçmiş SSRİ ərazisində funikulyorlar - FOTO

Maraqlı 18 Sentyabr 2024 16:17 Oxunub 226
Qeyri-adi nəqliyyat:  Keçmiş SSRİ ərazisində funikulyorlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keçmiş SSRİ ərazisində səkkiz funikulyor mövcud olub. 2024-cü ilin sentyabrında Rusiyanın Nijni Novqorod şəhərində ilk dəfə 1896-cı ildə açılan tarixi funikulyor yenidən fəaliyyətə başlayıb.

Bakı şəhərində yerləşən funikulyor Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. 1960-cı il mayın 5-də istifadəyə verilib. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyorda  "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. 

Avtosfer.az postsovet məkanında yaradılan qeyri-adi nəqliyyat növünün fotolarını təqdim edir:

1380331

Fotoda: Kiyev funikulyoru, 1938-ci il

 

1380336

Fotoda: Litvanın Kaunas şəhərində funikulyor. Bura keçmiş SSRİ məkanında yeganə şəhərdir ki, iki funikulyor fəaliyyət göstərir: Aleksotas və Zaliakalnis.

 

1380337

Fotoda: Litvanın Kaunas şəhərində Aleksotas funikulyoru 1935-ci ildə açılıb, xəttin uzunluğu 133 m-dir, Neman çayının sahilindən Böyük Vitautas körpüsünün yanından sıldırım Aleksotas təpəsinə qədər uzanır.

 

1380338

Fotoda: 1931-ci ildə açılan 142 metr uzunluğundakı köhnə və daha məşhur Zaliakalnis funikulyoru sərnişinləri Yaşıl təpəyə, Böyük Vitautas Hərbi Muzeyindən Dirilmə kilsəsinə aparır.

 

1380339

Fotoda: Litvanın Kaunas şəhərində funikulyor, 1987-ci il

 

Fotoda: 1990-2000-ci illərdə Bakı funikulyoru sərnişin axınının az olması və təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. 2012-ci ildə funikulyor Eurovision üçün tamamilə yenidən qurulub.

 

1380342

Fotoda: 1905-ci ildən Tbilisidə postsovet məkanı üçün rekord olan 491 metr uzunluğunda funikulyor fəaliyyət göstərir.

 

1380343

Fotoda: Tbilisidəki funikulyor şəhərin mərkəzini (Çonkadze küç.) Mtatsminda dağındakı əyləncə parkı və restoranla birləşdirir, üç stansiyaya malikdir.

1380345

Fotoda: Tbilisidəki funikulyor, 1948-ci il

(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh