Qəzaya düşən avtomobilin videosu necə satış rekordu qıra bilər? - VİDEO

“TikTok”da geniş yayılan avtomobilin qəza videosuna görə satışlar rekord qırıb.
Avtosfer.az xəbər verir ki, həvəskar sürücü “GWM Tank” avtomobili ilə dik təpələrdən birinə çıxmağa çalışıb. Lakin bu uğurlu alınmayıb və nəticədə avtomobil aşıb. Maşının 3 dəfə çevrilməsinə baxmayaraq, şüşələrinin belə sınmaması izləyiciləri heyrətləndirib. Belə ki, qəzada avtomobilin deformasiyası minimal olub. Hadisə zamanı xəsarət alan olmayıb və sürücü sakitcə maşını tərk edib. Hətta avtomobilin qapısı da tam normal açılıb.
Bu videodan sonra Çində “GWM Tank” satışı rekord həddə çatıb. Maşın Çində öz sinfində satışlarda birinci yerə çıxıb.
“GWM Tank” avtomobilinin gövdəsi həddindən artıq yüklərə tab gətirə bilən super davamlı metaldan hazırlanıb. Bunun aydın nümayişi satışların birdəfəlik artmasına səbəb olub. Avtomobil hətta bu seqmentdə ənənəvi liderlər hesab edilən aparıcı yapon “SUV” markalarını da üstələyib.
Qeyd edək ki, “Tank” Çin avtomobil nəhəngi “GWM”nin (Great Wall Motor) alt brendidir. “GWM” həmçinin “Haval”, “Poer”, “Ora” kimi sub-brendlərin istehsalçısıdır.
Rekord satışlara səbəb olun görüntüləri təqdim edirik:
Məhəbbət Tərlanoğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










