Qışda hansı şüşəsilənlər daha yaxşı işləyir: çox pul ödəməyə dəyərmi? - FOTO

Qışın yağışlı və qarlı aylarında görmə məhdudiyyətini aradan qaldırmaq üçün avtomobilin əvəzolunmaz hissəsi olan şüşəsilənlərin iki əsas əlaməti var. İlk əlamət fırçanı buzlanmadan qorumaq üçün nəzərdə tutulmuş rezin qapağın olması, ikinci əlamət isə fırçaların elektriklə qızdırılmasıdır.
Avtomobillərin ön şüşələri uzun illərdir ki, müxtəlif sahələrdən olan mütəxəssislər tərəfindən sınaqdan keçirilir - avtomobil zavodlarının işçilərindən tutmuş, dilerlərə və media işçilərinə qədər. Mövzu ilə bağlı testləri aparan müxtəlif ekspertlərin rəyi var.
Sürücülər arasında bahalı, qızdırıla bilən elektron fırçalar dəsti ən çox tələb olunandır.
Lakin qeyd etmək lazımdır ki, su ilə ilk təmasdan sonra demək olar bütün örtüklər tez bir zamanda onu udmağa başlayır, bundan sonra şüşəsilənlər soyuqda bütün hərəkətliliyini itirir, elə hər cəhətdən adi fırçalara çevrilir. Burdan bu qənaətə gəlmək olar ki, bahalı fırçalara pul verməyin əhəmiyyəti yoxdur.

Elektrik qızdırıcılı şüşəsilənlər avtomobil sahibini “cool” göstərsə də problemi həll etmir. Praktikada hər şey daha kədərli görünür. Mənfi beş dərəcədə bu tip fırçalar məzəli oyuncaqdan başqa bir şey deyildir.
Şüşə donubsa, siləcəkləri işə salmaqla buzu çıxarmağa çalışmayın. əks halda həm şüşəni cızmış olacaqsız, həm də fırçaları sıradan çıxaracaqsız. Burada bu məsləhəti yadda saxlayıb yeri gələndə tətbiq etməyi unutmayın. Donmuş fırçaları açıb ilıq sabunlu su ilə yusanız və sonra yağlasanız, onlar daha uzun ömürlü olacaqlar.
Yeni siləcəkləri seçərkən, avtomobil istehsalçısı tərəfindən tövsiyə olunan adi ölçülərdən kənara çıxmamağa çalışın. Uzunluğu normadan kənara çıxarmaq, basma gücünü azaldır.
Nərminə Əli
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












