Ruslar Makronu siçovula bənzətdilər - VİDEO

Rusiyanın nəzarətində olan Vaqner qrupu (özəl hərbi şirkət) fransızdilli Afrika ölkələri üçün klip çəkib.
Avtosfer.az xəbər verir ki, animasiya formalı klipdə Fransa prezidenti Emmanuel Makron siçovul, Vaqner döyüşçüsü isə deratizasiya aparan (siçovul məhv edən) şəxs kimi təqdim edilir.
Klipdən görünür ki, siçovul evə girdikdə radioda “bu siçovulun adı Emmanueldir. Ona toxunmayın, o sizə kömək edir” deyilir.
Siçovul ikinci dəfə gəldikdə radioda bildirilir ki, “siçovullar heç zaman oğurluq etmir, imperializmə qarşı mübarizə aparır”. Bu dəfə də siçovul hər şeyi yeyib dağıdır.
Üçüncü gəlişində daha da şişən siçovul ev sahibinə bildirir ki, bu artıq onun evidir və ev sahibindən mənzili tərk etməyi tələb edir.
Çarəsiz qalan ev sahibi Vaqneri çağırır və o da bir zərbə ilə siçovulu məhv edir və öldürülmüş siçovuldan kabab çəkirlər.
Klipi kimin çəkdiyi məlum olmasa da, Fransada ciddi qalmaqala səbəb olub.
Vüqar
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS











