Şərqin ilk respublikasında valyuta kursları belə idi - FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc respublikanın maliyyə sistemini tənzimləmək idi. Bu məqsədlə 1919-cu ildə Azərbaycan Dövlət Bankı təsis edildi. Ölkədə xarici ticarətin canlanması, iqtisadi aktivliyin artması pul dövriyyəsini də sürətləndirirdi. Xarici ticarət və əcnəbilərin vaxtaşırı Azərbaycana gəlməsi valyuta mübadiləsini də şərtləndirirdi.
Avtosfer.az-ın xəbərinə görə, Azərbaycan Demokratik Respublikasında ilk dövrlərdə Çar Rusiyasının rublu (kerenka, romanovka) və Bakı bonları dövriyyədə olsa da, sonradan bu pullar yerini manata verdi. Maraqlıdır ki, cümhuriyyətin pul vahidinin adı Azərbaycan dilində “manat”, rus və fransız dillərində isə “rubl” şəklində göstərilib. Milli valyutanın kursuna gəlincə:
BAKI BİRJASI, 1 İYUL 1919
1 dollar - 250 manat;
1 funt-sterlinq - 310-315 manat;
1 Fransa frankı - 8-10 manat;
1 İtaliya lirəsi - 7 manat;
1 İran tüməni - 125-130 manat;
1 Türkiyə qızıl lirəsi - 390 manat;
1 rus qızıl rublu - 420 manat;
1 Nobel aksiyası -16500 manat
1000 rubl (kerenka) - 1850 manat;
500 rubl (romanovka) -1600 manat;
100 rubl (romanovka) - 350 379 manat.
Birjadakı pul vahidlərinin rəngarəngliyi ölkənin xarici əlaqələrinin göstəricidir. 1919-cu ilin sentyabrında fəaliyyətə başlayan Azərbaycan Dövlət Bankının məqsədi pul sistemini möhkəmləndirməkdən ibarət idi.
Qymətə gəlincə, 1919-cu il dekabrın 1-də Azərbaycanda bir ton ağ neftin xaricə satış qiyməti 35 dollar, mazutun tonu isə 25 dollar idi.
Cümhuriyyətin pullarının ömrü cümhuriyyətin özündən daha uzun oldu. Xalq cümhuriyyətinin manatı 1922-ci ilədək başqa siyasi sistemdə - Azərbaycan İctimai Şuralar Cümhuriyyətində dövriyyədə oldu.
Bu gün isə ADR-in pulları kolleksiyaçılarda maraq doğurur.
Vüqar Yaşaroğlu
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO



















