Şeyxin 119 metrlik yaxtasına 300 min dollarlıq yanacaq vuruldu - FOTO

İngiltərənin "Mançester Siti" futbol klubunun sahibi, Birləşmiş Ərəb Əmirliklərindən olan şeyx Mansur Zeyid Əl-Nahyanın 149 metrlik uzunluğundakı "Topaz" lüks yaxtası Türkiyənin Marmaris körfəzində sahilə yan alıb. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, dünyanın 10 ən böyük yaxtasından biri olan və qiyməti 400 milyon avro dəyərləndirilən nəhəng yaxta Marmaris limanına girməkdə çətinlik çəkdiyindən güclü mühərrikləri olan xüsusi gəmilər vasitəsilə sahilə gətirilib. Yaxtaya 6 tankerlə Aliağa neft bazasından gətirilən 730 min lirəlik maye yanacaq doldurulub. Təxminən 5 saat çəkən prosesdən sonra şeyxin təxminən 1,5 milyon lirə ödədiyi bildirilir. 50 nəfər xidmətçisi olan və 6 lüks suit kabinetdən ibarət olan yaxta eyni vaxtda 12 qonaq qəbul edə bilir. Helikopter üçün xüsusi yeri olan gəmidə üzmə hovuzu, cakuzi, yemək və toplantı salonu, iş otağı və su idman vasitələri yer alır. Liman əməkdaşlarının sözlərinə görə, gəmi Marmaris sahilinə yan alan zaman Əl-Nahyan gəmidə olmayıb. "Topaz"ın yanacaq və ərzaq ehtiyatı topladıqdan sonra dənizə qayıdacağı bildirilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














