Silahlı qüvvələrdə rekord xidmət ömrü olan yeddi təyyarə - SİYAHI
Business Insider hərbi xidmət müddətində rekord qıran yeddi təyyarəni siyahısını yayımlayıb. Siyahıda sonlarda yer alan təyyarə Şimali Amerika OV-10 Bronco-dur. Bu əks-partizan müharibəsində istifadə üçün nəzərdə tutulmuş Amerikaya məxsus yüngül hücum və kəşf təyyarəsidir. Təyyarə 52 ildir ki, istifadədədir. Hələ də hərbi əməliyyatlarda istifadə olunur.
Onun ardınca Douglas AC-47 Spooky gəlir.
Təyyarə Vyetnamda 60-cı illərin ortalarında istifadə edilmişdir. Hazırda da Kolumbiya Hava Qüvvələrində xidmətdədir. Siyahıda sonrakı yeri MiG-21 tutur. Bu, təyyarə ilk dəfə 1956-cı ildə havaya qalxıb. Hindistan, Xorvatiya, Serbiya və Misir Hərbi Hava Qüvvələri bu gün MiG-21 istifadə etməyə davam edir. Siyahıda 1956-cı ildə də çıxan Boeing KC-135 Stratotanker də var. Təyyarənin daha 40 il uçacağı gözlənilir.
Siyahıda üçüncü yeri Tu-95 strateji bombardmançı təyyarəsi tutur. İlk dəfə 1952-ci ilin sonunda göylərə qalxıb. İkinci yerdə Boeing B-52 Stratofortress strateji bombardmançısı gəlir. İlk yer 1947-ci ildə reallaşan An-2-yə verilib. Bu gün Şimali Koreya və Estoniya hələ də An-2-lərindən istifadə edirlər.
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO








