Şirkət rəhbərinin iqtisadi oyunu avtomobil istehsalçısını çətin vəziyyətə saldı – ŞOK HADİSƏ - FOTO

Böyük Britaniyada 2015-ci ildə baş vermiş hadisə avtomobil investisiyaları tarixində ən yaxşı nümunələrdən biri kimi yadda qaldı.
Avtosfer.az xəbər verir ki, “Twisted” şirkətinin sahibi Çarlz Faucet, “Land Rover Defender” modellərinin istehsalının dayandırılacağını gözləyərək 240 avtomobil sifariş edib. Bu qərar ona tarixin ən böyük gəlirlərindən birini qazandırdı.
Faucet avtomobillərdəki bir detalı nəzərə alaraq 240 ədəd “Defender” alıb və onları orta hesabla 22.600 funt-sterlinqə (təxminən 51500 AZN) əldə edib. Sonradan avtomobilləri 800% qazancla sataraq böyük uğur əldə edib.
Əvvəlcə “Land Rover” sifarişi qəbul etsə də, sonradan modifikasiya şirkətlərinə satılmaması qərarı ilə avtomobilləri çatdırmaqdan imtina etdi. Uzun sürən hüquqi prosesdən sonra “Twisted” avtomobilləri əldə edə bildi.
“Twisted” şirkəti son 16 avtomobilini 2022-ci ildə satışa çıxararaq hər birini 222.000 funt-sterlinqə (təxminən 505000 AZN) satıb. Bu, Fawcett-in 2015-ci ildə ödədiyi qiymətdən tam 800% yüksək idi. Eyni zamanda, xüsusi modifikasiyalı avtomobillərin dəyəri də artıb; əvvəllər 60.000–100.000 funt sterlinq (təxminən 136500–227300 AZN) arasında satılan bu avtomobillər bu gün 150.000–250.000 funt-sterlinq (təxminən 341000–569000 AZN) qiymətinə çatıb.

Faucet bildirib ki, bu investisiyadan xalis mənfəəti hesablamaq çətindir, çünki modifikasiya və R&D prosesləri baha başa gəlib. Buna baxmayaraq, əməliyyatın hələ də ən azı 50–60 milyon funt-sterlinq (təxminən 114–137 milyon AZN) dövriyyə yaratdığı qeyd olunur. O, indiyə qədər təxminən 210 Defender satıldığını, hələ də 25 avtomobilinin qaldığını və onların əksəriyyətini kolleksiyasında saxlayacağını bildirib.
Faucett bu investisiyanı “bankdakı puldan da dəyərlidir” deyərək, onun sahib olduğu avtomobillərin nadirliyinin və uzunmüddətli dəyərinin əhəmiyyətini vurğulayıb:
"Kaş 120 və ya 150-ni əlimdə tuta biləydim. Tutsam, heç düşünmədən saxlayardım".
Ekspertlər hesab edirlər ki, Faucetin bu sərmayəsi yaxın gələcəkdə “Nissan R35 GT-R” modelinin nadirliyi ilə oxşar “boom” yaşaya bilər. Yapon nəhəngi “Nissan” da 18 il ərzində istehsal etdiyi R35 GT-R idman avtomobilinin istehsalının dayandırıldığını açıqlayıb. 2007–2025-ci illər arasında istehsal olunan 48.000 ədəd bu modelin gələcəkdə nadir və elit avtomobil bazarında yüksək dəyər qazanacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA
Ana-bacı söyüşü söyənləri heç bir məsuliyyət gözləmir: Hakimdən ŞOK QƏRAR - FOTO
Sürətli şarj məntəqələri avtomobilin ömrünü necə qısaldır? - ARAŞDIRMA
Düzgün layihələndirilməyən şəhərlər insanları piyləndirir? - ARAŞDIRMA
Sürücüsüz avtomobillər bu ildən Avropaya gəlir – Hansı qaydalar dəyişdiriləcək? - ARAŞDIRMA











