Skuter probleminin həlli – XARİCİ TƏCRÜBƏ

Bakıda skuterlərin doğurduğu problemlər hamıya məlumdur. Məsələ burasındadır ki, artıq bu nəqliyyat vasitəsindən başqa şəhərlərdə də istifadə edənlərin sayı artır.
Paralel olaraq narazılıqlar da çoxalır. Bəs bu problemi başqa ölkələrdə necə həll edirlər?
Avtosfer.az xəbər verir ki, ABŞ-də skuterlər problemi əsasən həll edilib. Qanuna görə bu ölkədə skuter yalnız velosiped cığırı və avtomobil yolu ilə hərəkət edə bilər. Şose yolları istisnadır. Avtomobil kimi skuter də səki ilə hərəkət edə bilməz.
Bu nəqliyyat vasitəsinə avtomobil üçün tətbiq edilmiş bütün qaydalar tətbiq edilir. Skuter sürücüsü qırmızı işıqda dayanmalı, dönərkən əllə işarə verməli, hərəkət üstünlüyü olan nəqliyyat vasitəsini buraxmalıdır. Törədilən xətaya görə sürücü və ya skuter idarə edənin məsuliyyəti arasında fərq yoxdur.
Skuteri icarəyə götürən şəxs xüsusi sürücülük vəsiqəsinin fotosunu da portala yükləməlidir. Ən başlıcası isə, hərəkət zamanı dəbilqədə olmalıdır. Bu aksesuarı icarəyə də götürmək olar, pulsuz əldə etmək də.
Vüqar
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










