Sosial məsafə saxlamağı rədd edənlər psixopatiyaya meyillidirlər - ARAŞDIRMA

İnsanların sosial məsafəyə yanaşması onların şəxsiyyətinin özəlliklərini ortaya çıxara bilər.
Avtosfer.az xəbər verir ki, “Report”a istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın Vitmen Kollecinin alimləri gəlib.
Araşdırmaçılar müəyyənləşdiriblər ki, karantin zamanı təhlükəsizlik qaydalarını qəsdən rədd edənlərdə qaranlıq üçlünün (ing. “dark triad”, psixologiyada bu üçlüyə narsissizm, makiavellizm və psixopatiya daxildir) əlamətlərindən olan psixopatiyanın yüksək göstəriciləri var.
“Pandemiyanın başlanğıcında KİV-də sosial məsafə və digər qorunma tədbirləri haqqında tövsiyələri rədd edən insanlar barədə məlumatlar yayılmağa başlamışdı. Bundan başqa, izdihamda öskürən, yerə tüpürən, həmçinin qapı tutacaqlarını yalayanlar haqqında tez-tez xəbərlər eşidirdik”, - araşdırmanın təşkilatçısı S.Blaqov deyib.
Alimlərin fikrincə, elə davranışın kompleks səbəbləri ola bilər və şəxsiyyətin xüsusiyyətləri bunda az da olsa rol oynayır. Bundan başqa, daha öncəki araşdırmaların hamısında məlum olub ki, qaranlıq üçlüyün əlamətləri olan şəxslər öz sağlamlıqlarını tez-tez riskə atırlar.
Yeni sorğuda iştirak etmiş 502 nəfər öncə şəxsi keyfiyyətlər testindən keçirilib, daha sonra onlardan sosial məsafə və digər tövsiyələrə necə riayət etdiklərini anlatmaları istənilib.
Respondentlərin əksəriyyəti həm özünü, həm çevrədəkiləri qorumaq üçün əllərindən gələni etdiyini vurğulayıb. Ancaq bəziləri bütün tövsiyələri rədd etdiyini boynuna alıb. Məhz bu qrup insanlarda psixopatiyanın nevrotizm, apatiya, disinhibisiya (düşüncəsizlik, nəticəni düşünmədən hərəkət etmə) kimi qabarıq əlamətləri yüksək olub.
“Bu insanlar həmçinin onlarda COVID-19 aşkarlanarsa, başqalarını da şüurlu şəkildə yoluxduracaqlarını deyirdilər”, - S.Blaqov bildirib.
Psixoloqun fikrincə, araşdırmanın nəticəsi dəhşətli olsa da, bu demək deyil ki, virusu “yalnız məsuliyyətsiz və diqqətsiz insanlar” yayır: “Əlavə araşdırmalar da aparılmalıdır, çünki korrelyasiyalar çox vaxt böyük olur. Şəxsiyyətin elmi cəhətdən təyin edilməsi isə heç də həmişə gündəlik həyatdakı vərdişlər barədə fikir söyləməyə imkan vermir”.
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA












