Sosializm dövrünün simvolu: "İkarus" tarixə qovuşur - FOTO - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə İkarus markalı avtobuslar son reysə çıxıb. Avtosfer.az xəbər verir ki, artıq İkaruslar xətdən çıxarılıb. Paytaxt sakinlərinə sosialist blokunun ən yaxşı avtobusu ilə vidalaşmaq üçün bir neçə gün vaxt verilib. İkarus Macarıstanda həm də sosializm dövrünün simvolu hesab edilir.
1960-cı illərdən başlayaraq bu markadan olan şəhərdaxili və şəhərlərarası avtobuslar dünyanın əksər ölkələrinə, o cümlədən Azərbaycan SSR-ə ixrac olunub. Vaxtilə Avropanın ən böyük avtobus istehsalçısı olan İkarus ildə orta hesabla 13 minədək maşın istehsal edirdi. Bunlardan 90%-dən çoxu ixrac edilirdi. Azı 7000 ədədi Sovet İttifaqına yola salınırdı.
Videoda Euronews kanalının müxbiri haqlı olaraq deyir ki, İkarusu hamı sevirdi. Təkcə uşaq arabası ilə gəzintiyə çıxan qadınlardan başqa.
əslində müxbir haqlıdır. Çünki avtobusun platforması hündür olduğundan nəinki araba ilə, hətta yaşlı adamlar üçün də minib-düşmək çətin idi.
Ölkəmizdə də müstəqilliyin ilk illərində bu avtobuslar kifayət qədər alınıb Bakı şəhərində istismar edildi. Təbii ki, söhbət Almaniya və digər Avropa ölkələrində işlənmiş texnikadan gedir.
İkaruslar bütün dünyada davamlılığı və komfortu ilə seçilib. Bir avtobus ən azı 30 il istismar edilib.
Euronews televiziyasının süjetində bir məqam da diqqətimi çəkdi: azı 30 yaşı olan avtobus elə səliqəli saxlanılıb ki, sanki konveyerdən bu gün çıxıb. Görəsən macarlar bunu necə edib?
PS. Təəssüf ki belə sanballı texnikanın taleyi məşhur yunan əsatirindəki (İkar və Dedal) kimi oldu. Ikarus brendi sosialist sisteminin süqutu nəticəsində yaranan rəqabətdən salamat çıxa bilmədi.
Vüqar Yaşaroğlu
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
















